02-03-2018 [10:33]
"Ağ Yol” Vətəndaş Hərəkatı facebookda özünün "Ağ Yol” səhifəsi və eyni adlı qrupunda yenə də həftənin ən çox diqqət çəkən müzakirələri ilə çıxış edib. Bildiyimiz kimi bu həftə əsasən Xocalı soyqırımı ilə bağlı ölkə daxilində və xaricində mühüm tədbirlər keçirilib.
İctimayyətin xüsusi diqqətinə səbəb olan digər mühüm tədbir isə Niderland Krallığının paytaxtı Amsterdamda Avropa Azərbaycanlıları Konqresinin (növbədənkənar) VI qurultayı idi. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə Avropa ölkələrində kütləvi tədbirlərin keçirilməsi, o cümlədən 31 Mart soyqırımının 100 illiyi ilə bağlı qitədə təbliğat işlərinə start verilməsi ilə bağlı mövzular ətrafında aparılan müzakirələr zamanı bir sıra vacib məsələlərə toxunulub.
Qurultayda Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov çıxışı zamanı: "Təhlükəsizlik bizim dövlət siyasətinin mühüm hissəsini təşkil edir” deyə vurğulayıb. Əli Həsənov Azərbaycanın qısa müddət ərzində işğal altında olan torpaqlarını hərb yolu ilə azad etməyə qadir olduğunu bəyan edib. "Ordumuzun artan gücü və cəmiyyətdəki vətənpərvərlik hissi imkan verir ki, düşmənə sarsıdıcı zərbə vuraraq əzəli torpaqlarımıza qovuşaq.”- deyə prezidentin köməkçisi qeyd edib.
Prezident Administrasiyası rəsmisinin bu açıqlamasını sosial mediyada gündəmə gətirən "Ağ Yol” Vətəndaş Hərəkatı yenə də facebookda çox saylı aktivləri bir araya toplayıb. Özünün "Ağ Yol” səhifəsi və eyni adlı qrupun post paylaşımında Əli Həsənovun açıqlamasındakı vacib məqamlar qeyd olunub.
Facebookda beş yüz mindən artıq üzvü olan "Ağ Yol” səhifəsinin status ilə bağlı bildirilən rəylərdə vətəndaşların birlik və millilik mövqeyi özünü göstərib. Prezidentin köməkçisinin çıxışını alqışlayan sosial şəbəkə istifadəçiləri dövlətin təhlükəsizlik istqamətində apardığı mühüm islahatlara nəzər yetiriblər.
Müzakirələrdə əsasən dövlət tərəfindən ordunun gücləndirilməsinə göstərilən diqqət, Azərbaycan vətəndaşının tam sabitlik və rifah halında yaşamasına verilən dəyər, eyni zamanda 1 milyon qaçqınımızın öz doğma yurdlarına qaytarılması üçün bütün gücün səfərbər edilməsi vurğulanıb.
"Ağ Yol” səhifəsi və qruplarında paralel aparılan fikir mübadiləsində bildirilib ki,
bu gün dövlətimizin işğal olunmuş torpaqlarının geri qaytarması məsələsi ilə bağlı siyasət tam düzgün istiqamətdə aparılır. Vurğulanıb ki, əgər bu siyasətə mane olan olmasa ordumuzun müdafiə və hazırlıq imkanları Dağlıq Qarabağ və ətraf rayonların bir neçə gündə geri qaytarılmasını mümkün edəcək.
Şərhlərdə o da xüsusi vurğulanıb ki, Azərbaycan öz torpağının müdafiəsinə qalxır. Düşünülmüş siyasətə, qüdrətli orduya sahib olan bir dövlətdə ata-baba yurdundan didərgin düşmüş qaçqın və məcburi köçkünlərin bir gün öz evlərinə qayıdacaqlarına əminlik ifadə olunub.
"Ağ Yol” İnformasiya Agentliyinin Mətbuat Katibi Aysel Abbasova
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda
“ÜMİDSİZ BİR ƏDƏBİYYAT” - Müəllif Selcan Ədalətin gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır...
Xəzərdə zəlzələ olub
Prezident İlham Əliyev Mərkəzin açılışında - FOTOLAR
Onların imtahan nəticəsi ləğv olunacaq? - DİM-dən izahat
Hava ilə bağlı əhaliyə - Xəbərdarlıq
İlham Əliyev Yunanıstan prezidentinə məktub göndərib - MƏTN
Azərbaycan nefti 116 dollara satılır
Səbinə Əliyeva Ruben Vardanyanla görüşüb
Spikerdən jurnalistə irad: “Niyə siz “Artsax” deyirsiniz?!” - “Qarabağ da Azərbaycana məxsusdur”
NETANYAHU TRAMPI DİNLƏMƏDİ: "Biz İranı vurmağa davam edəcəyik"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR