Həsən Həsənovun oğluna vəzifə verildi - Təyinat

img

01-03-2018 [19:32]


Tarix üzrə fəlsəfə doktoru Zaur Həsənov Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun "Azərbaycanın antik dövr arxeologiyası" şöbəsinə müdir təyin edilib.

Mia.az xəbər verir ki, Zaur Həsənovdan əvvəl "Azərbaycanın antik dövr arxeologiyası" şöbəsinin müdiri AMEA-nın müxbir üzvü İlyas Babayev (1935-2017) olub.

Qeyd edək ki, Z.Həsənov 1969-cu il iyulun 22-də Bakı şəhərində doğulub. Alim 2008-ci ildə "Kimmerlər və onların Azərbaycan tarixində yeri” adlı dissertasiya müdafiə edərək, tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.

Xatırladaq ki, Z.Həsənov Azərbaycanın Polşadakı səfiri Həsən Həsənovun oğludur.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA