Mikayıl Cabbarov Almaniyanın Azərbaycandakı səfiri ilə görüşüb - Müzakirə

img

01-03-2018 [18:12]


Bu gün vergilər naziri Mikayıl Cabbarov Almaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixael Kindsqrab ilə görüşüb.

Vergilər Nazirliyindən verilən məlumata görə, görüşdə hər iki ölkənin iqtisadi partnyor kimi qarşılıqlı maraq doğurduğu qeyd edilib, Azərbaycanda iqtisadi sahədə aparılan islahatlar, ölkələrarası ticarətin genişlənməsi və investisiyaların yatırılması sahəsində, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı və Avropadaxili Vergi Administrasiyaları təşkilatı çərçivəsində uğurlu əməkdaşlıq məsələlərinə toxunulub.

Tərəflər iki ölkənin vergi orqanları arasında mövcud əməkdaşlıq əlaqələrinin genişləndirilməsinə dair fikir mübadiləsi aparıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA