Əvəz Temirxandan Milli Şuranın mitinq çağırışına reaksiya: "Bəlkə bu, buzların çatlaması üçün ilk addım ola bilər"

img

01-03-2018 [16:36]


"Milli Şura və Müsavat Partiyasının əməkdaşlığı haqqında müzakirələr başa düşüləndir. Ancaq mən bildiyim qədər, bu iki təşkilat yalnız bir mitinqlə bağlı əməkdaşlıq etmək haqda müzakirə aparır. Yəni Milli Şuranın birgə mitinq təşkili təklifi olub və Müsavat da bu təklifi müzakirə edib.

Bu sözləri Azərbaycan Liberal Partiyanın sədri Əvəz Temirxan müxalifət düşərgəsində əməkdaşlıq haqda suala cavabında deyib.

O, bildirib ki, Liberal Partiya daima müxalifətin bir araya gəlməsi üçün çalışıb və bu istiqamətdə kifayət qədər qurbanlar verib: "Çox addımlar atdıq. Amma bizdən asılı olmayan səbəblərdən müxalifətin birliyi və əməkdaşlığı baş tutmadı. İndi mən iki təşkilatın əməkdaşlığı haqqında danışmaq istəməzdim. Bu, onların daxili işidir. Mümkündür ki, bu əməkdaşlıq buzun çatlaması üçün ilk addım ola bilər. Və ya bunun əksi baş verər. Mən onlara uğur diləyirəm. Hazırda biz bu prosesdə yoxuq”.

ALP sədri deyib ki, onlar nəinki müxalifətdə olan 2-3 partiyanın, bütövlükdə Azərbaycan xalqının milli birliyini istəyirlər: "Bu səbəbdən də milli həmrəylik təklifi ilə çıxış etmişik. Dağlıq Qarabağ kimi problemimizin həlli uçun milli birlik içində olmalıyıq”.

Teleqraf.com


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA