Azərbaycan Yazıçılar Birliyində ?525 kitab? seriyasından nəzr edilmiz növbəti kitabların təqdimatı olub

img

23-09-2010 [05:10]


Azərbaycan Yazıçılar Birliyində (AYB) ?525 kitab? seriyasından nəşr edilmiş növbəti kitabların təqdimatı olub. AYB-dan verilən məlumata görə, Mədəniyyət və Turizm Nazirliyi və ?İrəli? İctimai Birliyinin birgə təşkil etdikləri tədbirdə gənc yazarların qələmə aldıqları dörd kitab oxucuların ixtiyarına verilmişdir. Bunlar Qismətin ?Vitrin? (şeirlər toplusu), Səməd Səfərovun ?Üçbucaq?, Orxan Muxtarlının ?Almanax? və ?Xaç kölgəsində? kitablarıdır. Mərasimdə təqdim olunan nəşrlərin işıq üzü görməsinin dövlət qurumları, ictimai hərəkatlar tərəfindən gənc yazarlara göstərilən qayğının nümunəsi olduğu, bu təşəbbüsün onların yaradıcılığına böyük təkan verəcəyi vurğulanıb. Tədbir iştirakçılarına nəşrlərin müəllifləri, onların yaradıcılığı haqqında ətraflı məlumat verilimiş, gənc yazarların Azərbaycan ədəbiyyatında özünəməxsus janr, yeni mövzu ilə fərqləndiyi bildirilib. Qeyd olunub ki, bu il ?525 kitab? seriyasından 8 toplu nəşr edilmişdir. Min tirajla çap olunan kitabların kitabxanalara və gənc yazarlara paylanması nəzərdə tutulub.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA