Şahin Ağabəyli dairə seçki komissiyasından imza vərəqələrini götürüb

img

23-09-2010 [04:56]


?Milli Yol? qəzetinin və ?Poliqon? İnformasiya Agentliyinin baş redaktoru, 64 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsindən deputatlığa namizəd Şahin Ağabəyli dairə seçki komissiyasından imza vərəqələrini götürüb. Bu barədə MIA-ya Şahin Ağabəyliyinin seçki qərargahından məlumat verilib. Baş redaktorun seçki qərargahından bildirilənə görə, 12 imza vərəqi götürülüb və yaxın iki gün ərzində imzalar tam yığılıb, DSK-ya təqdim ediləcək. Artıq seçki hazırlıqlarını yekunlaşdırmaq üzrə olduğunu bildirən Şahin Ağabəyli qeydiyyata alındıqdan sonra Türkiyədən dəvət etdiyi seçki texnoloqları ilə birgə mətbuat konfrası keçirəcəyini və kampaniyası ilə bağlı ictimaiyyəti məlumatlandıracağını qeyd edib. Xatırladaq ki, Şahin Ağabəyli Türkiyənin və dünyanın ən nüfuzlu hərbi akademiyalarından birinin məzunudur. Onu da bildirək ki, Şahin Ağabəylinin namizədlik verdiyi dairədə hakim Yeni Azərbaycan Partiyasının namizədi Tibb Universitetinin rektoru Əhliman Əmiraslanovdur.

Digər xəbərlər
SON XƏBƏRLƏR
10:43 03.04.2026

Qurban Qurbanov küsüb?

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA