Rövnəq Abdullayev UEFA rəsmiləri ilə görüzüb

img

23-09-2010 [02:47]


Bu gün AFFA-nın prezidenti Rövnəq Abdullayev UEFA rəsmilərini qəbul edib. Verilən məlumata görə, R.Abdullayev qitə futbol qurumunun I vitse-prezidenti Şenes Erzik və UEFA prezidentinin baş məsləhətçisi Uilyam Qalyardla görüşüb. AFFA prezidenti Azərbaycanda futbolun inkişafı ilə bağlı həyata keçirilən tədbirlər, hazırlanan yeni layihələr barədə ətraflı məlumat verib, görülən işlərdə dəstəyini əsirgəməyən Avropa futbol qurumuna minnətdarlığını bildirib. Erzik və Qalyard ölkəmizdə futbolun inkişafı məqsədilə həyata keçirilən tədbirləri yüksək qiymətləndirərək AFFA-nın bu istiqamətdə fəaliyyətini davam etdirəcəyinə inandıqlarını bildiriblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA