Ağdam klubunun üzvü Vüqar Nadirovun toyu olu

img

22-09-2010 [02:01]


Dünən Azərbaycan millisinin və ?Qarabağ?ın şərəfini qoruyan Vüqar Nadirovun toy mərasimi keçirilib. Məclis ?Su Sonası? şadlıq sarayında baş tutub. ?Qafqazinfo?nun toy mərasimində iştirak edən əməkdaşının məlumatına görə, gənc futbolçunun xoş günündə komanda yoldaşları, həmçinin baş məşqçisi Qurban Qurbanov, ?Qarabağ?ın vitse-prezidenti Əmrah Çelikəl və ölkənin tanınmış futbolçuları iştirak edib. Bundan əlavə millinin üzvü Vaqif Cavadov və məşqçi Nizami Süleymanov da toyda iştirak edənlər arasında olub. Toyu gənc müğənni Ayaz və tanınmış meyxana ustası Vüqar idarə edib. Mərasimdə Q. Qurbanov çıxış edərək cütlüyə xoşbəxtlik arzulayıb. Xatırladaq ki, gənc futbolçu məşqçi Nazim Mehrəliyevin qızı ilə ailə həyatı qurub. Allah xoşbəxt eləsin.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA