"Beynəlxalq tribunala ehtiyac var" - XİN rəsmisindən Xocalı və Qarabağda cinayətləri lə bağlı açıqlama

img

22-02-2018 [11:19]


"Xocalı və Qarabağda cinayətlərin törədilməsində iştirak edən insanların cinayət məsuliyyətinə cəlb olunması üçün beynəlxalq tribunala ehtiyac var".

Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Sumqayıt hadisələrinin 30-cu ildönümü münasibətilə XİN-də keçirilən mətbuat konfransında deyib.

H. Hacıyevin sözlərinə görə, Ermənistan tərəfindən Azərbaycanda qarşı törədilmiş müharibə cinayətlərinin araşdırılması üçün kifayət qədər məlumat var.

"30 il davam separatizm halları göstərir ki Ermənistan geosiyasi və geoiqtisadi təcrid vəziyyətinə düşüb. Strateji iflas vəziyyətindədir. Bütün dünya ictimaiyyəti Azərbaycanın ərazi bütövlüyü və suverenliyini tanıyır. Mövcud "status-kvo" qəbuledilməzdir və bu statusun dəyişməsi üçün BMT sənədlərinə əsasən erməni silahlı qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalıdır", - deyə o qeyd edib/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA