Oqtay Gülalıyev Mirəloğluya etiraz etdi: "Həmin bəndi mənə və ictimaiyyətə göstərin" - Qalmaqal böyüyür

img

21-02-2018 [17:53]


Oktay Gülalıyev Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) Ali Məclisinin üzvlüyündən çıxarılıb.

Bununla bağlı qərar Ali Məclisin iclasında partiya sədri Mirmahmud Mirəlioğlunun təklifi əsasında qəbul olunub. 

O.Gülalıyev isə bildirib ki, bu qərar Milli Şuradakı fəaliyyəti ilə bağlıdır: "Guya mən partiyanın Nizamnaməsini pozmuşam və destruktiv fəaliyyətlə məşğulam. Nizamnamənin hansı bəndini pozmuşam? Xahiş edirəm, həmin bəndi mənə və ictimaiyyətə göstərsinlər. Təbii ki, mən Milli Şuradakı fəaliyyətimə görə Ali Məclisin üzvülüyndən xaric olunmuşam”.

O.Gülalıyev hazırda KXCP üzvü kimi fəaliyyətini davam etdirir.

Qeyd edək ki, M.Mirəlioğlu 2015-ci ildə Oktay Gülalıyevi KXCP sədrinin müavini vəzifəsindən azad edib/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA