20-02-2018 [13:07]
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində reketlik fəaliyyətində təqsirləndirilən "Bizim dövr” qəzetinin baş redaktoru Surxay Əliyev, onun müavini Hikmət Nəcəfli, "İlk xəbər" saytının baş redaktoru Gülbəniz Əliyeva, əməkdaşları İlahə Qasımova, Sevinc Məmmədsalayeva və "Kriminal" qəzetinin baş redaktoru Maarif Abbasovun məhkəməsi keçirilib.
Hakim Mahmud Ağalarovun icraatında olan prosesdə zərərçəkmiş Ramella Məmmədova ifadə verərək S.Əliyevə 500 manat verdiyini deyib.
Zərərçəkmiş Ramidə İbrahimova Bakıdakı poliknikaların birində baş həkim işlədiyini deyib. O bildirib ki, Hikmət Nəcəfli ona zəng edərək görüşmək istədiyini deyib: "Qəzetlərində mənim haqda yazılar yazıldı. Sonra Səhiyyə Nazirliyindən yoxlama aparıldı. Mən "Nəşriyyat"a getdim. Orada Hikmət və Surxayla görüşdüm. 2000 manat istədi, 500 verdim. Dedim ki, həyat yoldaşın üçün hədiyyə alarsan. Bir qədər sonra yenə yazılar getdi. Bu dəfə isə 200 manat verdim".
Zərərçəkmiş Qəşəngül Musayeva deyib ki, kitab nəşriyyatının rəhbəri olub: "Surxay zəng edib kitab çıxarmaq istədiyini dedi. Sonra Hikmət zəng edib məndən şikayətlər olduğunu, buna görə qəzetində yazı yazacağını bildirdi, pul istədi. Dedim ki, "yazın". Barəmdə yazı çıxandan sonra ona 400 manat verdim".
Həmkarlar İttifaqları Komitəsinin Turizm və Ekskursiyalar üzrə Şurasının sədri Fikrət Nuriyev də zərərçəkdir. O deyib ki, S.Əliyev barəsində şantaj xarakterli yazılar yazılacağını deyib: "Surxay mənə dedi ki, sizin barənizdə faktlar var. Amma heç nə tələb etmədi. Nömrəsini verdi ki, mətbuatla bağlı nəsə olsa zəng edim. Bir neçə gün sonra mənə zənglər gəldi. Barəmdə yazılar yazılacağını dedilər. Mən də Surxaya zəng elədim ki, belə bir məsələ var. Surxay da kömək edəcəyini dedi. Əvvəlcə həmin adamların 2-5 min istədiyini dedi. Amma 600 manata razılaşdılar. Gülbəniz yanıma gəldi. İki dəfəyə verə biləcəyimi dedim. 300 manat olmaqla iki dəfə pul verdim".
Surxay Əliyev isə deyib ki, Fikrət Nuriyevə qarşılıqsız kömək edib "Fikrət Gülbənizə hörmət etmək üçün pul verib".
Xırdalan qəsəbəsində dövlət baxçasının müdiri Könül İbrahimova deyib ki, Hikmət Nəcəfli ona zəng edərək şantaj edib və bağçanın fəaliyyəti ilə bağlı yazılar yazacaqlarını deyib: "Mən də əsəbləşdim. Dedim ki, nə edirsənsə elə. Sonra Surxay zəng elədi. Mənimlə mülayim və mədəni şəkildə danışmağa başladı.
Bir gün sonra mən işdə olmayanda bir qadın gəlib mənlə görüşmək istədiyini deyib. Onunla telefonla danışdım. Dedi sizin bağçada rüşvət alınması ilə bağlı video var. Məni Nəşriyyata dəvət etdi. Bildim ki, həmin xanım Gülbəniz Əliyevadır.
Həqiqətən də video var idi ki, bizim metodistimiz valideynə deyib ki, 300 manat verməsə, bağçaya uşaq götürməyəcəklər. Mən dedim ki, metodist fərdi şəxsdir. O da mənə dedi ki, metodist fərdi şəxs olsa da, bu söhbət bağçanın nüfuzuna xələl gətirəcək. Mən də bunu düşünüb nəşriyyata getdim. Həmin videonu məni satacaqdılar. Nəşriyyatda Gülbənizlə görüşdüm. 500 manat istədi. Əli ilə 5 göstərdi. Birinci soruşdum ki, 50 manat? Dedi ki, 50 yox, 500 manat. Mən də verdim. Amma videonu vermədi".
Proses martın 1-də davam etdiriləcək.
Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı məlumata görə, adıçəkilən şəxslər qadınları əvvəlcədən müəyyən edilmiş şəxslərlə görüşdürərək bu anı gizli videolentə alıblar. Sonra isə həmin materiallardan şantaj məqdəsi ilə istifadə edərək şəxslərdən külli miqdarda pul alıblar. Fakt üzrə başlanan cinayət işinə "Gündəlik Bakı" qəzetinin baş redaktoru Habil Vəliyev, "Bizim dövr” qəzetinin baş redaktoru Surxay Əliyev və onun müavini Hikmət Nəcəfli təqsirləndirilən şəxs qismində cəlb edilib və barələrində həbs-qətimkan tədbiri seçilib.
S.Məmmədsalayeva bu cinayət işindən öncə hədə-qorxu ilə tələb etmədə ittiham edilərək 6 il müddətinə azadlıqdan məhrum edilib. O hazırda 4 saylı cəzaçəkmə müəssisəsində saxlanılır.
"Qafqazinfo"
Bakcell çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik etdi - FOTOLAR
Gürcüstan parlamentinin qarşısında polislə etirazçılar arasında toqquşma olub - Saxlanılanlar var
Sabiq nazirin məhkəməsində şok ifadə: "Pullar dollara çevrilir və Komitə sədrinə verilirdi..."
Nazir Vüqar Hüseynovu da yola salacaq? - KTN-nin mətbuat xidmətində yeni təyinat oldu
Ərdoğanla CHP lideri bir araya gəldi - FOTOLAR (Yenilənib)
İki bankın əmlakları satışa çıxarıldı - Bu qiymətlərə
Kafedra müdiri nazirliyə icarəyə obyekt verib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
"Beşiktaş" Devin Özekə rəsmi təklif göndərdi - "İki gün vaxt verin!"
Sergen Yalçın, yoxsa Barış Alper Yılmaz? - Aktrisa heç bir ilə sevgili olmadığını deyir
Ağcabədidə qətl: 32 yaşı şəxs qardaşı arvadını öldürdü
ONLARA BİRDƏFƏLİK MADDİ YARDIM VERİLƏCƏK - Sərəncam
SABİQ NAZİR REKTOR TƏYİN OLUNDU - Sərəncam
İlham Əliyev Rusiya rəsmilərini qəbul edib - FOTO (YENİLƏNİB)
"O biri dünyada bizi cənnət gözləyir" - Abdi Şərifov + VİDEO
Dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edilib
“Azərsun Holdinq”ə 25 min manatadək cərimə protokolu yazılıb
Partiya sədri: "Polislə dava etmək mənə və ya partiyama yaraşmaz"
Ərdoğan sosial mediada şou verən deputatlara "təpindi": "Gərək hər şeyi mən deyəm?!" - FOTOLAR
Dövlət Neft Fondu 623,4 milyon dollar satıb - Aprel ayı ərzində
Zəlimxan Məmmədli Gürcüstana getdi: "Bu günə şükür..." - FOTOLAR
“Azərikard”ın baş direktor müavini şirkətdən ayrılıb
Sabahın hava proqnozu açıqlandı
“Xalçalarda yaşayan tariximiz” adlı sərginin açılışı olacaq
“Alatava” ilə bağlı son qərar verildi - VİDEO
İcra başçısının qardaşı oğlu: “Atamı bu hərəkətinə görə öldürdüm” - Sabiq rəisin qətliylə bağlı sensasion ifadə
ABŞ Azərbaycanın bu şirkətinə sanksiya tətbiq etdi - Səbəb
Füzuli şagirdləri üçün “Nar”dan gözəl hədiyyə - FOTOLAR
YENİ NAZİR KÖHNƏ KADRLARA SAVAŞ AÇIB - Daha iki idarə rəisi vəzifədən azad edildi (YENİLƏNİB)
Sənədsiz evlərlə bağlı yeni portal yaradılır: həyət evləri ilə bağlı amnistiya işləri aparılır - VİDEO
Tanınmış aşığın gəlini evdən qaçıb? – VİDEO
Əli Əsədovdan daha bir qərar - Dövlət Xidmətinə 2 xidməti minik avtomobil veriləcək