"Bakı"nın oyunçusunu 7 il həbs cəzası gözləyir

img

21-09-2010 [05:55]


"Bakı"nın və Gürcüstan yığmasının keçmiş oyunçusu Georgi Demetradzenin işi Tiflis şəhər məhkəməsinə göndərilib. Mövcud işə Demetradzenin dostları - David Qaqnidze və Vaxtanq Kipiani, həmçinin Xarici İşlər Nazirliyinin keçmiş polkovniki Kaxa Misireli da cəlb olunub. Onların dördü də "qanuni oğru" ənənələrinə əməl etməkdə ittiham olunur və bununla bağlı onları yeddi ilə qədər həbs cəzası gözləyir. Qaqnidze qanunsuz silah gəzdirməkdə də günahlandırılır. Müttəhimlər özlərini günahkar hesab etmir. Təqsirləndirilən şəxslər futbol üzrə Dünya çempionatı zamanı hansısa vətəndaşın qazandığı pulu hədə-qorxu ilə almaqda təqsirli bilinir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA