Daha bir nəfərin prezidentliyə namizədliyi irəli sürüldü - MSK təsdiqlədi

img

19-02-2018 [16:15]


 Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında Ramazan Ələkbər oğlu Bəkirovun namizədliyinin irəli sürülməsinin təsdiq olunması məsələsinə baxılıb.

İddiaçı ilə bağlı MSK Katibi Arifə Muxtarova məlumat verib. O, R.Ələkbrovla bağlı məlumatları diqqətə çatdırıb.

A.Muxtarova deyib ki, R.Ələkbərovun namizədliyinin irəli sürülməsinin təsdiq olunması üçün əsaslar var.

Məsələ səsverməyə çıxarılaraq qəbul edilib.

Qeyd edək ki, Azərbaycanda prezident seçkiləri aprelin 11-nə təyin edilib/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA