Mia.az xəbər verir ki, bunu Cebhe.info-ya açıqlamasında Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü Mehdi Mehdiyev deyib.
Komissiya üzvü bildirib ki, daxil olan müraciətlərin hər birinə baxılır və müzakirə edilir:
"Daxil olan müraciətlər baxılıb qurtardıqdan sonra ölkə başçısı əfvlə bağlı öz qərarını açıqlayacaq. Güman edirəm ki, Komissiya öz işini Novruz bayramına qədər yekunlaşdıracaq. Müraciətlərin baxılması zaman aparır. Əgər hamısına çatdırılıb baxıla bilsə, əfv sərəncamı Novruz bayramına qədər verilə bilər. Əfvin nə zaman verilməsi Komissiyanın işinin yekunlaşdırmasından asılıdır. Müraciətlərə tam baxıldıqdan sonra müvafiq siyahı Azərbaycan prezidenti İlham Əliyevə təqdim ediləcək”.
M. Mehdiyev onu da vurğulayıb ki, Komissiyanın əfv sərəncamı verilənə qədər neçə iclas keçirməsində standart yoxdur:
Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin əfv olunması ilə bağlı Əfv Komissiyasına müraciət olunubmu?
Qeyd edək ki, ötən il avqustun 3-də Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyev Heydər Əliyev prospektində "Mercedes Galendawagen” markalı maşını ilə törətdiyi qəzada iki nəfərin ölümünə, iki nəfərin isə ağır yaralanmasına səbəb olmuşdu. Qəzanın baş vermə səbəbi isə N.Allahverdiyevin idarə etdiyi maşının başqa bir avtomobillə ötüşməsi olub.
Dekabrın 18-də Bakı Ağır Cinayətlər Məhkəməsində Nail Allahverdiyevin məhkəməsi yekunlaşıb. O, Cinayət Məcəlləsinin 263.3 və 264-cü maddələri ilə təqsirli bilinirdi. Prokuror N Allahverdiyevin 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Lakin dövlət ittihamçısı N.Allahverdiyev Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə bəraət verilməsini istəyib. Məhkəmənin hökmü ilə Nail Allahverdiyev 6 il müddətinə azadlıqdan məhrum edilib.