18-02-2018 [13:19]
Xəbər verdiyimiz kimi, ABŞ rəsmiləri Rusiyanın 13 vətəndaşına və 3 hüquqi şəxsinə qarşı 2016-cı ildə keçirilən prezident seçkilərinə qeyri-qanuni müdaxilə ilə bağlı rəsmi ittiham irəli sürüb.
Onların arasında əslən azərbaycanlı, Ceyhun Aslanov adlı şəxs də var. Adı çəkilənlərin hamısı ictimaiyyətdə "Putinin aşpazı” olaraq tanınan Yevgeni Priqojinin rəhbərlik etdiyi "İnternet araşdırmaları agentliyi” adlı təşkilatın, daha doğrusu, Rusiya kəşfiyyatının bir qolunun əməkdaşlarıdır.
Mia.az musavat.com -a istinadən həmin adamların adlarını təqdim edir:
Bıstrov Mixail İvanoviç: "İnternet araşdırmaları agentliyi”ndə (bundan sonra Agentlik-red.) baş direktor vəzifəsini tutub. Bundan başqa o, agentliyin həqiqi fəaliyyətini gizlətmək üçün istifadə etdiyi müxtəlif firmalara da rəhbərlik edib. Bunlardan biri də maliyyə nazirliyinin sanksiyasına düşən "Qlavset” açıq səhmdar cəmiyyətidir.
Priqojin Yevgeni Viktoroviç: Bu adam "Konkord” şirkətinə nəzarət edib, habelə agentliyin bütün əməliyyatlarına maliyyə dəstəyi verib. Beynəlxalq ictimaiyyət onu Rusiya prezidentinin yaxın ətrafına daxil olan şəxs kimi tanıyır.
Burçik Leonid Mixailoviç: 2013-cü ilin oktyabrında agentlikdə çalışmağa başlayıb. 2014-cü ildən etibarən Burçik təşkilat içində 2-ci önəmli vəzifə sayılan icraçı dirketor vəzifəsini tutub və əməliyyatların planlanmasında mühüm rol oynayıb.
Krılova Aleksandra Yuriyevna: Krılova da agentliyə 2013-cü ildən gəlib. 2014-cü ilin aprel ayından sonra təşkilatın direktorlarından biri və iyerarxiyada 3-cü şəxs olub. 2014-cü ildə o, saxta kimliklə ABŞ-a səyahət edərək təşkilat üçün gərəkli məlumatları toplayıb.
Polozov Sergey Pavloviç: Polozov 2014-cü ilin aprelindən 2016-cı ilin oktyabrına qədər agentlikdə çalışıb. O, təşkilat daxilində texniki dəstək bölməsinin əməkdaşı olub. Bundan başqa Sergey Polozov Agentliyin öz fəaliyyətini gizlətmək məqsədilə bir sıra ABŞ serverlərinin alınmasında rol oynayıb.
Boqaçova Anna Vladislavovna: Agentlikdə 2014-cü ilin aprel-iyun aylarından fəaliyyət göstərib. O da məlumatlar toplamaq üçün ABŞ ərazisinə gələn kəşfiyyatçıların sırasındadır.
Bovda Mariya Anatoliyevna: Agentlikdə oktyabr 2013-noyabr 2014-cü illər aralığında işləyib. Bovda tərcüməçilər bölməsinə rəhbərlik edib.
Bovda Robert Sergeyeviç: Tərcüməçilər bölməsində rəis müavini vəzifəsini tutub. Yalançı kimliklə ABŞ-a getmək istəsə də ABŞ səfirliyi ona viza verməyib.
Aslanov Ceyhun Nəsimi oğlu: ABŞ rəsmi sənədlərində onun tərcüməçilər bölməsində çalışdığı, habelə 2016-cı il seçkilərində müdaxilə olunması ilə bağlı bir çox əməliyyatların kurasiyasını həyata keçirdiyini yazılıb. Bundan başqa Aslanov Priqojinin Agentliyi maliyyələşdirməkdə vasitəçi olan "Konkord” holdinqin daxilindəki "Azimut” şirkətinin direktoru vəzifəsinə gətirlib.
Podkopayev Vadim Vladimiroviç: 2014-cü ilin iyununda Agentliyin əməkdaşına çevrilib. O, tərcüməçilər bölməsində analitik vəzifəsini tutub. Habelə ABŞ-dakı siyasi vəziyyətin monitorinqi və sosial şəbəkələr üçün uyğun mövzuların tapılması ilə məşğul olub.
Vasilçenko Qleb İqoreviç: Yevgeni Priqojinlə 2014-2016-cı illər arasında işləməyə başlayıb. O, Agentlik tərəfindən sosial şəbəkələrdə yaradılan çoxsaylı akkauntlar üçün xəbərlərin dərc olunmasına cavabdehlik daşıyıb.
Kaverzina İrina Viktorovna: 2014-cü ilin oktyabrından Agentliyin tərcüməçisi kimi işləyib. O, həmçinin yalançı ABŞ vətəndaşlarının adından prezident seçkiləri ilə bağlı minlərlə xəbərin yayılması ilə məşğul olub.
Vladimir Venkov: 2015-ci ildə Agentlikdə tərcüməçi olub. O da guya ABŞ vətəndaşlarına aid yalançı akkauntların adından informasiyaların yayılmasına nəzarət edib.
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda
“ÜMİDSİZ BİR ƏDƏBİYYAT” - Müəllif Selcan Ədalətin gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır...
Xəzərdə zəlzələ olub
Prezident İlham Əliyev Mərkəzin açılışında - FOTOLAR
Onların imtahan nəticəsi ləğv olunacaq? - DİM-dən izahat
Hava ilə bağlı əhaliyə - Xəbərdarlıq
İlham Əliyev Yunanıstan prezidentinə məktub göndərib - MƏTN
Azərbaycan nefti 116 dollara satılır