AFFA Avstriya ? Azərbaycan oyunu üçün ayrılan 350 bileti pulsuz bilet paylayır

img

21-09-2010 [12:57]


Avro-2012-nin seçmə mərhələsi çərçivəsində Avstriyanın Vyana şəhərindəki ?Ernst Happel? stadionunda keçiriləcək Avstriya-Azərbaycan oyununda 350 azarkeşimiz iştirak edə bilər. Qurumdan ANS PRESS-ə verilən məlumata görə, AFFA millimizə dəstək olmaq istəyən azarkeşlərə biletləri pulsuz paylayacaq. AFFA tərəfindən alınan biletləri əldə etmək istəyən şəxslər Azərbaycan Respublikasının Avstriyadakı səfirliyinə müraciət edə bilərlər. Əlaqələndirici şəxs: Vüqar İmaməliyev - səfirliyin humanitar məsələlər üzrə müşaviri, Əlaqə telefonu: + 431 403 13 22, Mob: + 43 676 844 509 210, Faks: + 431 403 13 23, E-mail: [email protected]. Qeyd edək ki, milli komandamıza dəstək olmaq üçün AFFA Avstriyadan bilet almaq istəyən soydaşlarımızdan xahiş edir ki, biletləri azarkeşlərimiz üçün nəzərdə tutulan A sektoruna alsınlar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA