Türkiyənin məzhur müğənnisi Bakıda döyüldü

img

21-09-2010 [12:36]


Toy mərasimində iştirak etmək üçün Azərbaycana gələn Türkiyənin məşhur müğənnisi Murat Bozu Bakıda döyüblər. Buna səbəb onun fonoqrama oxuması və iştirakçıları yetərincə əyləndirməməsi olub. MİA-nın məlumatına görə, ?Qafqazinfo?nun yaydığı xəbərdə bildirilir ki, Türkiyənin məşhur müğənnisi Murad Boz 3 gün əvvəl, yəni sentyabrın 18-də dəvət olunduğu toy mərasimində iştirak etmək üçün Azərbaycana gəlib. Toy mərasimi ?Ağ Saray? şadlıq evində keçirilib. Murad Boz toyda özünə qarşı xüsusi diqqət görməyib. Toyda iştirak edənlər ümumiyyətlə onunla maraqlanmayıblar. Təxminən bir saat özü üçün çalıb-oxuduqdan sonra bu münasibətə dözməyən türkiyəli müğənni toyu tək etmək qərarına gəlib. Lakin şadlıq evini tərk edən müğənni az keçmədən toy sahibləri tərəfindən geri qaytarılır. Toy sahibləri müğənniyə fonoqrama oxuduğu və iştirakçıları əyləndirə bilmədiyi üçün təzyiqlər etməyə başlayırlar. Yaranan mübahisədə Murad Boz fiziki təzyiqlərə məruz qalaraq döyülüb. Müğənni bu təhqirə dözməyərək, toyu tərk edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA