"Mənə vaxt verilməliydi, indi lazım deyil" - Spikerlə komitə sədri arasında anlaşılmazlıq

img

13-02-2018 [12:53]


Milli Məclisin bu gün keçirilən iclasında spiker Oqtay Əsədovla Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə arasında mübahisə yaranıb.

Bələdiyyələrin illik fəaliyyətinə nəzarət edən orqanın hesabatının müzakirəsi zamanı Arif Rəhimzadəyə nazir müavini Vilayət Zahirovdan sonra söz verilməsi onun narazılığına səbəb olub: 

"Rəhbərlik etdiyim komitəyə aid məsələ müzakirə olunursa, mənə əvvəldən söz və ya sonda sualları cavablandırmaq üçün vaxt verilməliydi. İndi lazım deyil. Belə olmaz, nazir müavinindən sonra deyiləcək süzüm yoxdur”.

Oqtay Əsədov isə "irad bildirmək lazım deyil, mən elə düşünmədim”, - deyə cavab verib/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA