Azərbaycan ATƏT müşahidəçilərini seçkilərə dəvət etdi

img

12-02-2018 [22:18]


Azərbaycan ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosuna prezident seçkilərini müşahidə etməklə bağlı dəvət göndərib.

Mia.az APA-ya istinadən xəbər verir ki, bu barədə ATƏT DTİHB-nun mətbuat ofisindən məlumat verilib.

Bildirilir ki, hazırda ehtiyacların qiymətləndirilməsi missiyasının formalaşdırılması ilə bağlı işlər aparılır: "Planlaşdırma davam etdiyi üçün hələlik onların səfəri və tərkibi barədə məlumat yoxdur”.

Qeyd edək ki, Azərbaycanda prezident seçkiləri aprelin 11-də keçiriləcək.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA