Namiq Qaraçuxurlu hələ qismətini tapmayıb

img

19-09-2010 [06:21]


[b]Meyxana ustası deyir ki, qismətinə kimsə çıxsa, müəyyən planlar qura bilər [/b] Xalq artisti Aygün Kazımova ilə isti münasibətləri soyuyan meyxana ustası Namiq Qaraçuxurlu bizi maraqlandıran suallara cavablandırdı. [b]- Aygün xanımla münasibətləriniz bitdi. Yeni bir sevda, ümumiyyətlə evlilik barədə düşünürsünüz? [/b] - Subaylığın daşını atmaq haqda düşünmürəm. Gərək, bu daş özü başına düşsün. Qismətimə kimsə çıxsa, müəyyən planlar qura bilərəm. [b]- Belə bir şayiə var ki, əslində çoxdan ailəlisiniz, hətta iki övladınız da var. Buna görə də Aygün xanımla münasibətləriniz müsbət nəticə vermədi. [/b] - Belə şayiələr çoxdur. Onlar haqda danışdıqca uzanırlar. Buna görə də şayiələr haqda açıqlama verməyi xoşlamıram. Təbii ki, sənətçinin şəxsi həyatı çoxlarında maraq doğurur. Məncə, müəyyən çərçivə var ki, onu keçmək olmaz. [b]- Bir çox sənətçilər onlar haqda yayılan şayələri konkret mənbə, hansısa rəqibləri ilə bağlayırlar... [/b] - Belə olduğunu düşünmürəm, amma bəzən müəyyən şeyləri o qədər şişirdirlər ki... Yəqin kimlərəsə belə sərf edir. Şayiə yaymaq bekar adamların işidir. Hansısa neqativ məsələlər rəqiblərimlə bağlı ola bilər. [b]- Xeyli vaxtdır mahnı janrına keçmisiniz. Artıq Sizi meyxanaçı deyil, müğənni kimi qəbul edirlər. [/b] - Əksinə, meyxanaçı adım yenidən özümə qayıdıb. Çünki son vaxtlar getdiyim toylarda daha çox meyxana deyirəm. Bu, psixoloji məsələdir. Kimsə məni müğənni kimi qəbul edirsə problem yoxdur. Yeri gəlmişkən, bu günlərdə daha bir lirik mahnı yazdırmışam. Mahnı oxumaq mənim hobbimdir, yəqin ki, davam etdirəcəyəm. Təbii ki, meyxanaçılıq fəaliyyətini saxlamaq şərtilə. [b]- Maraqlıdır, növbəti konsertiniz hansı üslubda olacaq? [/b] - Ötənilki konsertimdə meyxana da, mahnı da, muğam da oxumuşdum. Hətta rəqs də etmişdim. Çox güman ki, gələn il yenilik və qeyri-adiliklərlə dolu daha bir konsert verdim. Ola bilər muğam ifaçılığımı bir az da genişləndirim. [b]- Yaradıcılığınızda nə kimi yeniliklər var? [/b] - İki yeni mahnı yazdırmışam. Biri musiqili-meyxanadır, igəri isə sözləri Üzeyir Məhərrəmliyə, musiqisi Ruslan Səfəroğluna məxsus "De kimə bənzədim bizim sevgini" adlı lirik mahnıdır. [b]- Aygün xanımla ayrıldıqdan sonra imiciniz də dəyişib. [/b] - Bunun əlaqəsi yoxdur. Sadəcə, 15 gün profilaktik müalicə məqsədi ilə Naftalanda oldum. Adətən, dostlarım yayda oraya dincəlməyə gedir. Onlara qoşulub mən də getdim. İsti idi deyə, getməmişdən öncə saçımı qırxdırdım. Sonradan bu imici saxlamaq qərarına gəldim.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA