Əli Əhmədov ödənişsiz məzuniyyətə çıxdı

img

12-02-2018 [10:31]


Azərbaycan Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini – icra katibi Əli Əhmədov 11 aprel 2018-ci ildə keçiriləcək növbədənkənar prezident seçkilərində YAP-ın səlahiyyətli nümayəndəsi təyin edilib.

Bu haqda YAP-dan Mia.az-a verilən məlumatda bildirilib.

Əli Əhmədov Seçki Məcəlləsinin tələblərinə müvafiq olaraq, 2018-ci il fevral ayının 12-dən aprel ayının 11-nə qədər Baş nazirin müavini dövləti vəzifəsində ödənişsiz məzuniyyətə çıxıb.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA