“Yaxın gələcəkdə belə İlham Əliyevin alternativi olmayacaq” - Astan Şahverdiyev

img

10-02-2018 [19:55]


"Aprelin 11-də keçiriləcək prezident seçkilərində cənab İlham Əliyevin alternativi yoxdur”.

Mia.az xəbər verir ki, bu fikirləri "ölkə.Az”a açıqlamasında Milli Məclisin deputatı Astan Şahverdiyev bildirib.

A.Şahverdiyev deyib ki, 2003-cü ildən bəri keçirilən prezident seçkilərində İlham Əliyevin alternativi olmayıb və yaxın gələcəkdə də olmayacaq:

"Fevralın 8-də keçirilən Yeni Azərbaycan Partiyasının (YAP) VI qurultayında mən də iştirak etmişəm. Qurultayda mandat vəsiqəmi qaldıraraq, cənab İlham Əliyevə səs verdiyimi bildirmişəm. Yəni, mən sona qədər cənab İlham Əliyevin namizədliyini dəstəkləyəcəm. Digər namizədlər onunla rəqabət aparmaq bacarığına malik deyillər”.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA