Prezident ?Azərbaycan yazıl dünya naminə? Beynəlxalq ekoloji sərgiyə baz çəkib

img

17-09-2010 [04:36]


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Heydər Əliyev adına İdman-Konsert Kompleksində ?Azərbaycan yaşıl dünya naminə? devizi altında təşkil olunan Beynəlxalq ekoloji sərgiyə baş çəkib. Prezident Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının təşkilatçılığı və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi dəstəyi ilə təşkil olunan sərgiyə baxış keçirib. ?Azərbaycan Yaşıl Dünya naminə? beynəlxalq sərgi ətraf mühitlə bağlı bütün sahələri (xüsusi mühafizə olunan təbiət əraziləri, su bioresursları, meşələr, ətraf mühitin monitorinqi, hidrometeorologiya, neft-qaz sektoru, meliorasiya və su təsərrüfatı, su təchizatı və kanalizasiya, kənd təsərrüfatı) əhatə edir. Ekoloji problemlərin həllində qabaqcıl təcrübəyə malik 30-a yaxın xarici, eləcə də yerli şirkətlərin, o cümlədən dövlət qurumlarının və qeyri hökumət təşkilatlarının iştirak etdiyi sərgi 18 sentyabr tarixinədək davam edəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA