Best model of the world? yarızması dekabrın 11-də istanbulda baz tutacaq

img

17-09-2010 [12:50]


Azərbaycanda 10-cu dəfə keçiriləcək ?Best model of Azerbaijan-2010? yarışması ilə əlaqədar mətbuat konfransı keçirilib. ?Best model of the world? müsabiqəsinin prezidenti Erkan Özerman vurğulamışdır ki, builki müsabiqə ?Best model of Azerbaijan?ın bu ölkədə ilk təşkilatçısı, Bakıda dünyasını dəyişmiş mərhum biznesmen Nahid Kabakçının xatirəsinə həsr olunacaq. Bildirib ki, Azərbaycanda ilk iki yarışmanı o təşkil edib. Ümumiyyətlə, Nahid Kabakçı Azərbaycan ilə Türkiyə arasında yalnız mədəniyyət deyil, digər sahələrdə də reallaşmış layihələrə imza atmışdır. Nahid Kabakçı Bakını çox sevirdi. Bu il yubiley ili olduğundan, yarışmanı da ona ithaf edəcəyik. Müsabiqənın prezidenti diqqətə çatdırıb ki, builki ?Best model of the world? yarışması dekabrın 11-də İstanbulda baş tutacaq və tədbirdə 90 ölkə təmsil olunacaq. Türkiyəni bu yarışmada təmsil edəcək modellər isə oktyabrın 15-də keçiriləcək milli finalda məlum olacaq. ?Best model of Azerbaijan-2010? müsabiqəsi digərlərindən fərqlənəcəkdir. Fərq isə indiyədək yarışmanın təşkilində iştirak edən şəxslərin komanda halında bir araya gəlməsidir. Müsabiqənin əsas təşkilatçılığı Validə Abbasovaya və Anar Ağakişiyevə həvalə olunub. Lakin Fəxriyyə Xələfova, Lyubov Qutorova, Aygün Kazımova, Ruhi də tədbirin yüksək səviyyədə keçirilməsinə köməklərini əsirgəməyəcəklər. Hamı əl-ələ verib bir komanda şəklində işləyəcək. Builki müsabiqə milli mədəniyyət hadisəsi olacaq və əvvəlkilərdən fərqlənəcək. Mətbuat konfransında çıxış edən Əməkdar İncəsənət Xadimi Fəxriyyə Xələfova ?Best model of Azerbaijan-2010?-un maraqlı və fərqli olacağına inandığını bildirib. Modelyer bu müsabiqənin Azərbaycanda ilk dəfə təşkilində göstərdiyi səyini indi də davam etdirəcəyini açıqlayıb. O vaxtdan mən bu yarışmaya dəstək vermişəm. Bu il də elə olacaq. Amma təşkilatçılıq mənim səlahiyyətimdə deyil. Çünki mən həmişə demişəm ki, təşkilati məsələlər olduqca ciddi prosesdir. Onu yalnız bilən adama həvalə etmək lazımdır. ?Best model of Azerbaijan-2010? yarışmasının prezidentləri Anar Ağakişiyev və Validə Abbasova bu müsabiqənin yüksək səviyyədə təşkil olunması üçün əllərindən gələni əsirgəməyəcəklərini vurğulayıblar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA