İki qurumun 521 min manatlıq iki əmlakı hərraca çıxarıldı - Vergi borcuna görə

img

31-01-2018 [10:52]


Vergilər Nazirliyi vergi borcuna görə Bakı şəhərində vergi ödəyicisinə məxsus iki əmlakı hərraca çıxarıb.

Nazirlikdən verilən məlumata görə, vergi ödəyicisi "Sabunçu Sənaye İstehsal” ASC-yə məxsus Bakı şəhəri, Suraxanı rayonu, Bakıxanov ŞTQ, Bəşir Bünyadov küçəsi, ev 11 ünvanında yerləşən iki inzibati binaya 183,767 min manat və 337,089 min manat qiymət qoyulub.

Binaların ilkin hərrac qiyməti də 183,767 min manat və 337,089 min manat məbləğində dəyərləndirilib. Hərracda iştirak etmək istəyənlər əmlaklara görə müvafiq olaraq 9188,35 manat və 16854,45 manat beh verməlidir.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:17 13.10.2025

Qarsa qar yağıb - FOTO

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA