Bu dövlət qurumlarının maşınları satışa çıxarıldı - Siyahı+Cədvəl

img

29-01-2018 [18:01]


Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) dövlətə məxsus nəqliyyat vasitələrinin növbəti partiyasını satışa çıxarıb.

Mia.az xəbər verir ki, 27 fevral tarixində 5 avtomobil hərraca çıxarılacaq.

1-ci sətirdə "Azərsu” ASC Birləşmiş Sukanal MMC-nin Zaqatala Sukanal İdarəsinin balansında olan nəqliyyat vasitəsi 5-ci dəfə 50% endirimlə təkrar hərraca çıxarılır

2-ci sətirdə "Bakı Metropoliteni” QSC-nin balansında olan nəqliyyat vasitəsi 3-cü dəfə 10% endirimlə təkrar hərraca çıxarılır.

3-cü sətirdə Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Maddi-Texniki Təminat Baş İdarəsinə bilavasitə tabe olan Avtomobil Təsərrüfatının balansında olan nəqliyyat vasitəsi təkrar hərraca çıxarılır.

4- cü sətirdə Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin balansında olan nəqliyyat vasitəsinin 28.11.2017-ci il tarixində keçirilmiş hərracının nəticəsi ləğv olduğu üçün təkrar olaraq hərraca çıxarılır

Qeyd: Sifarişlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzində (Bakı şəhəri, Zeynal Xəlil küçəsi 11) və yaxud e–emdk.gov .az elektron portalı vasitəsilə hərracın keçirilməsinə ən gec 3 (üç) bank günü qalanadək qəbul olunacaqdır: Nəqliyyat vasitələri barədə ətraflı məlumatı privatization.az portalından almaq olar. Hərracda iştirak etmək üçün (elektron sifariş verənlər istisna olaraq) hərracın keçirilməsinə ən azı 3 bank günü qalanadək aşağıdakı sənədlər təqdim olunmalıdır:

Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd (Hüquqi şəxslər üçün:notarial qaydada təsdiq olunmuş qeydiyyat şəhadətnaməsi,nizamnaməsi və VÖİN)

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd. (10% məbləğində beh Mərkəzi Bankda – AZ65NABZ01361150000000004944 nömrəli hesablaşma hesabına ödənilməlidir).(avtosfer)

(tel:566-07-44)


    Digər xəbərlər
    SON XƏBƏRLƏR
    12:17 13.10.2025

    Qarsa qar yağıb - FOTO

    Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

    "Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA