Azərbaycanda Rusiya istehsalı maşınlar bahalaşdı – İdxal isə dayandırıldı

img

29-01-2018 [15:18]


Rusiya istehsalı olan avtomobillərin Azərbaycana qiyməti bahalaşıb.

Mia.az xəbər verir ki, bu barədə faktı Unikal.org-a «Xəzər-Lada ASC» ofisindən təsdiqləyiblər. Bildirilib ki, hazırda ofislərdə «Xəzər-Lada ASC» məxsus 3 model avtomobillərin satışı həyata keçirilir. Bu avtomobillərin ötən illə müqayisədə satışı 1000-1500 manat arası bahalaşıb.

Hazırda 2017-ci ilin istehsalı olan 3 avtomobil modeli – "Urban”, "Niva” və "Priora” satılır.

Onların qiymətləri isə belədir:

"Niva” sadə 15300 manat (2017-ci ildə 14500 manat) satılır.

"Niva” konisanerli 16300 manat (2017-ci ildə 15500 manat) satılır.

"Urban” 18200 manat (2017-ci ildə 17500 manat) satılır.

"Priora” 16000 manat (2017-ci ildə 14500 manat - 15000 min manat) satılır.

Unikal.org-un digər əldə etdiyi məlumata görə, «АvtoVaz» ASC-nin istehsalı olan bütün növ avtomobillərin Azərbaycana idxalı dayandırılıb. 2018-ci ildə bu şirkətə məxsus avtomobillər ölkəmizə gətirilməyib. Hazırda Granta, Kalina, Vesta, Xray, Largus modellərinin Azərbaycana idxalı da dayandırılıb. Bu növ avtomobillər «Xəzər-Lada ASC» ofislərində satılmır.

«Xəzər-Lada ASC»-nin satış ofisindən bildirilib ki, avtomobillərin idxal edilməməsinə səbəb qiymətlərdir. Hazırda «АvtoVaz» ASC-də qiymətlər müəyyənləşdirilir və gələn ay üçün avtomobillərin idxalı nəzərdə tutulur. Ən çox böyük mühərriki olan avtomobillərin qiymətində bahalaşma ola bilər. Amma bütün bu qiymətləndirmələr «АvtoVaz» ASC-də təyin olunacaq.



Digər xəbərlər
SON XƏBƏRLƏR
12:17 13.10.2025

Qarsa qar yağıb - FOTO

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA