Brilyant Dadazova doğum gününü iki ölkədə qeyd edir

img

15-09-2010 [06:23]


Bu gün xalq artisti Brilyant Dadaşovanın doğum günüdür. Yeni yaşını ötən gün gecə saatlarına qədər Türkiyədəki dostları ilə qeyd edən müğənni bu axşam bağ evində daha bir məclis quraraq ad gününü qeyd edəcək. Onun Milli.Az xəbər portalına bildirdiyinə görə, əslində dostları bu tarixi restoranda qeyd etməyi təklif etsələr də, müğənni bağ evini seçmək qərarına gəlib. Ötən gün gecə yarısından başlayaraq təbrik mesajları alan müğənni hədiyyələrinin də sayının az olmadığını bildirdi. Amma o, hamı ilə ünsiyyət yarada bilmədiyindən, hədiyyələrin çoxu ünvana yetişmir. Doğüm günündə sənətçi xanımı daha başqa problem narahat edir. O, son bir neçə ayda kökəldiyini etiraf etdi. ?Bu yayı mən daha çox bağ evimdə dincəlmişəm. Bağda da ac qalmaq mümkün deyil. Səhər açılandan axşama kimi bizim süfrənin üzərinə dadlı təamlar düzülür. Mən də yeyən adam və bunlara biganə qalmırdım. Bununla da çəkim 3 kilodan çox artıb. Düzdür, idmanımı axsatmıram, amma qidama da diqqət yetirməliyəm. Bu gecəki mərasimi yoluna qoyum, çəkimi tənzimləmək üçün qidama bir qədər fikir verməliyəm? - deyə xalq artisti bildirdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA