Millimiz FiFA-nın reytinq cədvəlində 3 pillə irəlilədi

img

15-09-2010 [04:00]


FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb. Qol.Az-ın məlumatına görə, yığmamız ötən ayla müqayisədə 3 pillə irəliləyərək, 102-ci pilləyə yüksəlib. Komandamızın hesabında 287 xalı var. Halbuki, almaniyalı baş məşqçi Berti Foqtsun çalışdırdığı komandamız AÇ-2012-nin seçmə mərhələsinə məğlubiyyətlə başlamışdı. Xatırladaq ki, millimiz cari seçmə tsikldəki ilk oyununda səfərdə Almaniya yığmasına 1:6 hesabıyla darmadağın olmuşdu. Komandamıza acı məğlubiyyəti yaşadan Bundestim də irəliləməyə nail olub. Yoahim Lövün çalışdırdığı komanda bir pillə irəliləməklə (1490 xalla) Braziliyanı 3-cü pillədən sıxışdırmağa nail olub. Almanlar kimi qrupumuzun digər favoritlərindən Türkiyə millisi də cədvəldəki mövqeyini yaxşılaşdırıb. ?Ay-ulduzlular? 7 pillə irəliləyərək 882 xalla 21-ci pilləyə yüksəlib. Qrupumuzdakı digər rəqiblərimiz isə geriləyib. Ən pis göstəriciyə Belçika imza atıb. ?Neftçi?nin şərəfini qoruyan Emil Mpenzanın komandası 14 pillə geriləyərək, 526 xalla 62-ci pillədə qərarlaşıb. Avstriya və Qazaxıstan milliləri isə 1 pillə geriləyib. Hazırda avstriyalılar 528 xalla 61-ci, Qazaxıstan millisi isə 171 xalla 126-cı yerdə qərarlaşıb. Bütövlükdə isə reytinq cədvəlinə yenə son dünya çempionu İspaniya yığması (1824 xalla) başçılıq edir. Mundialın digər finalçısı Hollandiya millisi də 1663 xalla 2-ci pillədəki mövqeyində qalıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA