"Daha güclü dollar görməyi arzulayırıq" - Tramp

img

26-01-2018 [17:48]


ABŞ prezidenti Donald Tramp daha güclü dollar görməyi arzulayır.

O, bunu CNBC telekanalına müsahibəsində deyib.

D.Tramp qeyd edib ki, dollar getdikcə daha da güclənəcək.

Prezident əlavə edib ki, ABŞ maliyyə naziri Stiven Mnuçinin zəif dollar haqqında fikirləri kontekstdən çıxarılıb və düzgün anlaşılmayıb.

Qeyd edək ki, bir neçə gün əvvəl S.Mnuçin Davosda dolların zəifləməsinin xarici ticarət baxımından ABŞ iqtisadiyyatına xeyirli olacağını demişdi/Trend.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:17 13.10.2025

Qarsa qar yağıb - FOTO

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA