Rəzad Məcidin 11 dilə tərcümə olunmuz ?10 sentyabr? kitabının təqdimatı olub

img

15-09-2010 [02:19]


Bu gün Azərbaycan Yazıçılar Birliyinin (AYB) ?Natəvan? klubunda Azərbaycan Yazıçılar Birliyinin katibi, ?525-ci qəzet?in baş redaktoru Rəşad Məcidin ?10 sentyabr? kitabının təqdimat mərasimi keçirilib. Türk, ingilis, rus, macar, ukrayna, rumın, polyak, litva, özbək və gürcü dillərinə tərcümə olunan kitabı Mütərcim? nəşriyyatı çap edib. Kitabın naşiri Əliş Mirzalı, dizayneri və redaktorları Mətanət Qaraxanlı və Vəfa Əhmədovadır. Təqdimat mərasimində AYB-nin I katibi, xalq şairi Fikrət Qoca Rəşad Məcidin bu hekayəsinin 11 dilə tərcümə olunmasını yüksək qiymətləndirib və müəllifi yeni kitab münasibəti ilə təbrik edib. "Dünya ədəbiyyatı? dərgisinin baş redaktoru Səlim Babulaoğlu, AYB-nin katibi Arif Əmrahoğlu, ?Ulduz? jurnalının baş redaktoru Elçin Hüseynbəyli da Rəşad Məcidi təbrik ediblər. Rəşad Məcid ?10 sentyabr? kitabının nəşrinə görə Səlim Babaulaoğluna təşəkkür edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA