?Axırıncı dərviz? bədii filminin təqdimat mərasimi keçirilib

img

15-09-2010 [12:30]


Azərbaycan Kinematoqrafçılar İttifaqında Xalq Rəssamı Səttar Bəhlulzadəyə həsr olunmuş ?Axırıncı dərviş? bədii filminin təqdimat mərasimi keçirilib. Ssenari müəllifi və quruluşçu rejissoru Ələkbər Muradov, quruluşçu rəssamı Ağəli İbrahimov, operatoru Manaf Quliyev, ikinci rejissoru Murad Muradov olan saatyarımlıq bədii filmin çəkilişləri Quba, Xaçmaz, Bakı və Səttar Bəhlulzadənin anadan olduğu Əmircan kəndində aparılıb. Mərasimdə Səttar Bəhlulzadəni uşaqlıqdan tanıdığını diqqətə çatdıran filmin rejissoru demişdir ki, böyük sənətkar hər həftənin bazar günləri bizim evə gələrdi. Mən də rəsm işlərimi ona göstərərdim. Böyük rəssam mənə ilham və ruh verərdi. Filmdə görkəmli rəssamın obrazını heç bir sənətin sahibi olmayan, lakin simaca Səttar Bəhlulzadəyə bənzədiyi üçün onun qohumu canlandırıb. Tədbirdə qeyd edilib ki, ssenarisi 10 il əvvəl yazılmış, lakin imkansızlıq üzündən bu il çəkilmiş film rəssamın 100 illik yubileyi ərəfəsində böyük mədəni hadisədir. İctimai Televiziyanın ?Carçı? studiyası bu ssenarini bəyənmiş və filmin istehsalına qərar verilib. Təqdimat mərasimində yeni ekran əsərinin rəssamı, eyni zamanda, epizodik rolda çıxış edən Xalq Rəssamı Ağəli İbrahimov Səttar Bəhlulzadənin çox gözəl insan və səxavətli şəxsiyyət olmasından danışmışdır. Diqqətə çatdırmışdır ki, o, bütün həyatını sənətinə həsr etmişdir. Hər bir sənətkar, rəssam ona qibtə ilə yanaşırdı. Səttar Bəhlulzadənin yaratdığı əsərlər yalnız Azərbaycanda deyil, dünya rəssamlıq məktəbində nadir hadisələrdəndir. Onun Azərbaycan mədəniyyəti üçün gördüyü işlər ölçüyəgəlməzdir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA