Rəsmi Londonda Türkiyənin Afrin əməliyyatına reaksiya: "Haqlıdırlar”

img

22-01-2018 [16:49]


"Türkiyə sərhədlərinin təhlükəsizliyini təmin etmək üçün addımlar atmaqda haqlıdır”.

Bunu Böyük Britaniyanın xarici işlər naziri Boris Conson Türkiyə ordusunun Suriyanın Afrin bölgəsində keçirdiyi antiterror əməliyyatlarına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, rəsmi London Afrindəki prosesləri, əməliyyatların gedişini yaxından izləyir: "Türkiyə sərhədlərinin təhlükəsizliyini təmin etməkdə haqlıdır. Zorakılığı azaltmaq və ən əsas hədəfi-Suriyada Əsəd rejiminin başa çatdırılması üçün həyata keçirilən siyasi prosesi dəstəkləyirik”/Report. 

Digər xəbərlər
SON XƏBƏRLƏR