Mətbuat Şurasının növbəti qurultayı yaz aylarında keçiriləcək - Əflatun Amaşov

img

19-01-2018 [23:00]


Azərbaycan Mətbuat Şurasının növbəti – VII qurultayı bu ilin yaz aylarında keçiriləcək.

Bu barədə "Report”a açıqlamasında Şura sədri, Milli Məclisin deputatı Əflatun Amaşov məlumat verib.

O bildirib ki, yaxın vaxtlarda Mətbuat Şurasının hesabatı hazırlanacaq: "Hesabat verdikdən sonra bu məsələni gündəmə gətirəcəyik. Yəqin ki, qurultay bu ilin yazında olacaq”. 

Ə.Amaşov növbəti dəfə namizədliyini irəli sürüb-sürməyəcəyi ilə bağlı isə suala belə cavab verib: "Bunu zaman göstərəcək. Məsələ namizədliyimin irəli sürülməsi deyil, qurultayın kimi sədr seçməsidir”.

Qeyd edək ki, Mətbuat Şurasının sonuncu qurultayı 2013-cü ildə keçirilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR