17-01-2018 [15:39]
Ölkə rəhbərliyi tərəfindən Bakı şəhəri və onun qəsəbələrinə olan diqqət və qayğının artması nəticəsində Nəsimi rayonunda bir sıra işlər həyata keçirilib.
Ötən il görülən işlərə yekun vurulması, onların təhlili və qarşıda duran vəzifələrin həyata keçirilməsi yolları Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 2 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Ambassador otelində Nəsimi rayon rəhbərliyi, rayonun təsərrüfat xidmətləri rəhbərləri, rayon ictimaiyyətinin iştirakı ilə keçirilən və 2017-ci ilin yekunlarına həsr olunan yığıncağında müzakirə olunmuş, növbəti il üçün konkret tədbirlər müəyyənləşdirilib.
Hesabat məruzəsi ilə çıxış edən Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əziz Zeynalov bildirmişdir ki, 86 minə yaxın sakinin yaşadığı və 4,27 kvadrat kilometr ərazini əhatə edən 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrənümayəndəliyi 2017-ci ildə öz fəaliyyətini Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Yerli icra hakimiyyətləri haqqında Əsanamə” yə və Nəsimi rayon İcra Hakimiyyəti Başçısının Sərəncam və tapşırıqlarına əsasən həyata keçirmişdir. 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəlik fəaliyyəti dövründə əraziyə xidmət göstərən Mənzil Kommunal İstismar Sahələri və digər qurumlarla sıx əlaqə yaradaraq, rayon İcra Hakimiyyəti başçısının Sərəncam və göstərişlərinin icra edilməsi məqsədilə onların fəaliyyətinin koordinasiya edilməsinə çalışmışdır.
Ərazinin sanitar vəziyyəti, küçələrin süpürülməsi, məişət tullantılarının vaxtında daşınması daimi nəzarətdə saxlanılmış, aşkar edilmiş nöqsanların aradan qaldırılması istiqamətində operativ işlər görülmüş, ərazidə aparılan qanunsuz tikintilərin qarşısının alınması məqsədi ilə tədbirlər görülmüş, nəticələri barədə Rayon İcra Hakimiyyətinə mütəmadi olaraq məlumat verilmişdir. Mənzil Kommunal İstismar Sahələri tərəfindən yaşayış binalarında təmirə ehtiyacı olan dam örtükləri, su axıdıcı borular, keçid meydançaları və pilləkən qəfəsləri cari təmir olunmuşdur.
Nümayəndəlik hesabat dövrü ərzində rayon İcra Hakimiyyəti və Mərkəzi Hərbi Klinik Hospitalının rəhbərliyi ilə birlikdə müalicə olunan hərbi qulluqçuların Novruz bayramı və "Silahlı qüvvələr günü” münasibəti ilə təbrik edilməsi üçün bayram şənliklərinin təşkil edilməsi, habelə yaşlı nəslin nümayəndələrinin Pirşagı qəsəbəsində istirahəti və digər rayon tədbirlərinə sakinlərin cəlb edilməsində yaxından iştirak etmişdir.
Hesabat dövrü ərzində nümayəndəliyin xidməti ərazisində bir sıra abadlıq və yenidənqurma işləri aparılmışdır.
Hesabat yığıncağında çıxış edən Nəsimi rayon İcra Hakimiyyəti Başçısı Asif Əsgərov Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan genişmiqyaslı abadlıq, quruculuq sakinlərin həyat şəraitinin daha da yüksəldilməsi üçün görülməli olan işlərdən, onlara göstərilən diqqət və qayğıdan danışmışdır. Bildirmişdir ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi, iqtisadi kurs 2017-ci ildə də böyük nailiyyətlərlə əlamətdar olmuş, ölkəmizdə daxili və xarici siyasətdə bir sıra mühüm uğurlara imza atılmışdır. 2017-ci ildə Azərbaycanda hərtərəfli sosial-iqtisadi inkişaf davam etmiş, Prezident İlham Əliyevin balanslaşdırılmış və düşünülmüş siyasi-iqtisadi strategiyası sayəsində ölkənin dinamik inkişafı, əhalinin rifah halının daha da yaxşılaşdırılması, habelə, ölkəmizin beynəlxalq nüfuzunun əhəmiyyətli dərəcədə yüksəlməsi, milli dövlətçilik maraqları təmin edilmişdir. A.Əsgərov 2017-ci ildə rayonda görülən işlər və həyata keçirilmiş sosial yönümlü layihələr barədə geniş məlumat vermiş, qeyd etmişdir ki, ölkə başçısının tapşırıqlarına əsasən rayon ərazisində aparılan abadlıq quruculuq işləri davam edəcəkdir. Bidirmişdir ki, RİH tərəfindən görülən işlərdən əlavə digər məhəllələr də abadlaşdırılacaq, yolların təmiri, küçələrin asfaltlaşdırılması və işıqlandırılması ilə bağlı tədbirlər görüləcəkdir.
Nəsimi rayon İcra Hakimiyyəti Başçısı Asif Əsgərov10 yanvar 2018–ci il tarixdə Nazirlər Kabinetinin 2017–ci ilin sosial iqtisadi inkişafının yekunlarına həsr olunmuş yığıncağında ölkə başçısının nitqindən irəli gələn vəzifələrlə bağlı görüləcək işləri tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.
Asif Əsgərov bildirmişdir ki, Bakı şəhərinin rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 85 nömrəli, 25 fevral 2016-cı il tarixli Qərarının icrası ilə əlaqədar Nəsimi rayon İcra Hakimiyyətinin müvafiq Sərəncamı ilə rayon ərazisində qəzalı vəziyyətdə olan binaların sökülərək yerində müasir tələblərə cavab verən yeni binaların tikilməsi işinə ötən il start verilmiş, o cümlədən 2 nömrəli nümayəndəliyin xidməti ərazisində də pilot tipli layihələr həyata keçirilmişdir.
Yığıncaqda rayon sakinlərindənFilologiya elmləri doktoru, professor İmamverdi Həmidov, 268 saylı xüsusi məktəbin direktoru Seyfəddin Mustafayev, "Fədək” MTK-nin sədri Yavər Qurbanov çıxış edərək respublikada aparılan quruculuq işlərinin, həyata keçirilən böyük sosial və infrastruktur layihələrinin xalqın rifahının yüksəldilməsinə yönəldiyini qeyd edərək, görülən işlərə görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse- prezidenti Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildirmişlər.
Yığıncağın sonunda sakinləri maraqlandıran suallar cavablandırılıb.
Pakistanda sərnişin avtobusu aşıb: 20 nəfər ölüb
Şimali Koreya xaricdən tələbələrin ölkəyə girişinə icazə verdi
DEPUTATLAR TOPLANIR: hansı qanunlar dəyişir? - SİYAHI
Xaricdə oxuyan daha 62 nəfərin diplomu tanınmayıb - SİYAHI
Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi Bakı-Novorossiysk şimal ixrac neft boru kəmərində təlim keçirib - FOTO
Rəsmi Moskva: "Makronun açıqlamaları təhlükəlidir" - "Rusiya əsgərləri ABŞ bazasına yerləşdirilir"
COP29.az vebsaytı istifadəyə verilib
İcra başçısını güllələyənlə bağlı daha bir qərar verildi
Türkiyə klubu zəlzələdə ölən futbolçunun pulunu ailəsinə ödəməyib
Gömrük Komitəsində əməliyyat: rəis istintaqa cəlb olunub (Yenilənib)
General Kərəm Mustafayev İranda - Hərbi əməkdaşlıq və...
Ceyhun Bayramov Qambiyaya gedib
Erməni mediası niyə qorxuya düşüb? - TƏHLİL
GÜRCÜSTANDAKI GƏRGİNLİYİN GÖRÜNMƏYƏN TƏRƏFLƏRİ: "Əliyev hər kəsə göstərdi ki, Putinlə anlaşmaq mümkündür"
ABŞ müdafiə naziri: "Qəzzada bizim əsgərlərimizə hücum gözləmirəm"
Sabah hava necə olacaq? - Proqnoz
XİDMƏT RƏİSİ HƏBS OLUNUB - 2.2 milyonluq mənimsəmə ittihamı ilə
İlham Əliyev Polşa prezidentinə məktub göndərib - MƏTN
Növbədənkənar parlament seçkisi: nə vaxt olacaq? - Açıqlamalar
"GƏNCƏDƏ SAQQALLILAR və ÇAYQIRIQLILAR DEYİLƏN DƏSTƏLƏR VAR" - "...tüfəngi götürüb özünü güllələyəndən sonra qaçıb gediblər” (VİDEO)
Keniyada daşqın: 188 nəfər ölüb, 90 nəfər yoxa çıxıb
İçərişəhərə giriş müvəqqəti olaraq məhdudlaşdırılacaq
Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib - Müzakirə + FOTO
Sertifikasiya imtahanları haqda - Açıqlama
Vəzifəli şəxslərə cinayət işi açıldı - Rəsmi məlumat (TƏFƏRRÜAT)
Sabiq nazir xaricdəki bahalı mənzillərindən və YAP-a üzv olmamasından danışdı: "Mənə qarşı kampaniyanın arxasında kimin durduğunu bilirəm..."
"Rabitəbank”ın sabiq sədr müavini 735 min dollara mənzil alıb - Evin daxilindən FOTOLAR
Braziliyada güclü sel: ölənlərin sayı 29-a yüksəlib, 60-dan çox insan isə itkin düşüb
"Bu evlər heç bir təbii fəlakətə dözümlü deyil” - Ekspert (VİDEO)
Türkiyədə daha bir FETÖ əməliyyatı: 30 nəfər saxlanılıb
İsrail 500 fələstinlinin cəsədini təhvil verməkdən imtina edib - Onlar niyə "Rəqəmlər məzarlığı"nda saxlanılır?
Avroliqa: "Bayer" məğlubedilməzdir!
Azərbaycan nefti ucuzlaşır
Konfrans Liqası: "Olimpiakos" səfərdə ingilis komandasına dərs verdi
Fatih Ərbakan Baxçalıya belə cavab verdi: "Dədəmiz yaşındadır..."
Türkiyədən sensasiyalı qərar: İsraillə ticarət tamamilə dayandırılıb
Toy karvanında avtoxuliqanlıq edənlər saxlanılıb - FOTO
BDU: "Hazırda geomaqnit qasırğanın səviyyəsi yüksəkdir"
Lucas Hernandez AVRO-2024-də oynaya bilməyəcək