?Neftçi? Araz Abdullayevin transferi üçün ?Everton?a vaxt verdi

img

13-09-2010 [03:10]


İngiltərə Premyer Liqasında mübarizə aparan ?Everton? klubunun nümayəndələrinin millimizin üzvü Araz Abdullayevin transferi ilə bağlı Bakıya gəlişi hələ də yubanır. İngilislər bununla bağlı öz şərtlərini Arazın məxsus olduğu ?Neftçi?yə göndərsələr də, onların qoyduqları şərtlər paytaxt klubunun rəhbərliyini qane etməyib. Bu haqda Qol.Az-a ?Neftçi?nin prezidenti Sadıq Sadıqov məlumat verib. Onun sözlərinə görə, məhz bu üzdən onlar da qarşı tərəfə öz şərtlərini təqdim etməyi lazım biliblər və ?Everton? rəhbərliyinə vaxt veriblər: ?Onların göndərdikləri şərtlər bizi heç də qane etmirdi. Buna görə, biz də öz şərtlərimizi yazıb göndərməli olduq. Həm də bu ayın sonuna kimi dəqiq bir cavab vermələri üçün vaxt qoyduq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA