Zəlimxan Yaqub: ?Xəstəlik məni yenmək istəyir, amma alınmayacaq"

img

13-09-2010 [03:03]


?Bu əməliyyat məni yaman zəiflədib. Ağrılarım çoxdur. Özümü o qədər də yaxşı hiss etmirəm?. Bunu Lent.az-a Türkiyənin ?Amerikan? xəstəxanasında böyrəyindən əməliyyat olunan xalq şairi, Azərbaycan Aşıqlar Birliyinin sədri Zəlimxan Yaqub deyib. Artıq bir neçə gündür, Bakıya qayıdan şair burada da həkim nəzarətindədir. Ancaq buna baxmayaraq, havaların qəfil soyuması da onun səhhətinə mənfi təsir göstərib: ?Havaların soyuması da mənə pis təsir göstərdi. Özümü soyuğa verdim. Bu da ağrılarımın bir az daha artmasına səbəb oldu. Hələ tikişlər də sökülməyib. Sentyabrın 15-də tikişlər söküləndən sonra vəziyyətimin bir az düzələcəyinə inanıram?. Z.Yaqubun sözlərinə görə, onun işə qayıtması da səhhətindən asılıdır. Şair özünü yaxşı hiss edən kimi yenidən işinin başına dönməyə çalışacaq: ?Xəstəlik məni yenmək istəyir, amma alınmayacaq. Gərək ağrılara qalib gəlim. Çünki mən mübariz adamam. Ruhum cismimdən daha güclüdür. Ümid edirəm ki, tezliklə toparlanıb ayağa qalxacağam. Fürsətdən istifadə edib, sizin vasitənizlə səhhətimlə maraqlanan, mənə görə narahat olan hər bir şəxsə öz minnətdarlığımı bildirirəm?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA