Komitə sədri bütün rayon idarələrini vaxtı ilə rəhbərlik etdiyi rayona köçürür - Bir aya kimi

img

08-01-2018 [17:46]


Dövlət Statistika Komitəsinin Bakı üzrə bütün rayon idarələri Nizami rayonu ərazində yeni tikilən binaya köçürüləcək.

Bu barədə Mia.az-a verilən məlumata görə, Tahir Budaqov komitə sədri təyin edildikdən sonra Bakının Nizamı rayonu ərazində ("Praqa" şadlıq evinin yaxınığında) statistika idarələrinin hamısının yerləşməsi üçün yeni binanın tikintisinə başlanılıb: "Artıq binada son tamamlama işləri görülür. Yəqin ki, bir aya kimi Bakının 13 rayon üzrə bütün statistika idarələrinin həmin binaya köçürülməsi yekunlaşacaq".

Yeri gəlmişkən, qeyd edək ki, Tahir Budaqov komitə sədri təyin olunmamışdan əvvəl Niizami rayon İcra Hakimiyyətinin başçısı olub. O, 2009-2015-ci illərdə isə Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb. 13 avqust 2015-ci ildə isə Dövlət Statistika Komitəsinin sədri vəzifəsinə təyin edilib.

Mia.az



Digər xəbərlər
SON XƏBƏRLƏR
12:17 13.10.2025

Qarsa qar yağıb - FOTO

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA