"Mərkəzi Bank, Maliyyə Nazirliyi və Neft Fondu imkan vermir ki,..." - Manatın real məzənnəsinə kimlər mane olur?

img

06-01-2018 [00:19]


"Manatın hələ də gerçək bazar məzənnəsi formalaşmayıb".

Mia.az xəbər verir ki, bu fikirləri iqtisadçı alim Qubad İbadoğlu irəli sürüb. O bildirib ki, hazırkı kurs təyin olunan rəqəmlərdir: 

"Azərbaycan Respublikası Dövlət Neft Fondunun açıqlamasına görə, Fond yalnız ötən ilin dekabr ayı ərzində valyuta hərraclarında 584.8 milyon ABŞ dolları məbləğində vəsait satıb ki, bu da noyabrla müqayisədə 2,8 dəfə çoxdur. Bununla əlaqədar olaraq, 2 məqamı diqqətinizə çatdırmaq istərdim. 

Birincisi, əvvəldən proqnozlaşdırdığımız kimi dekabr ayında valyuta bazarında gərginlik qeydə alınıb. İkincisi, əgər həqiqətən də liberal üzən valyuta rejimi ilə bazar tənzimlənirsə onda dollara tələbat artanda manat niyə dəyərdən düşmür? Deməli, 1 ABŞ dolları 1,7 Azərbaycan manatı hələ də gerçək bazar məzənnəsi deyil, tənzimlənən və təyin olunan kursdur. Gerçək məzənnə yalnız bazar qüvvələrinin iştirakı ilə tələb və təklif əsasında formalaşa bilər. Ona da Mərkəzi Bank, Maliyyə Nazirliyi və Dövlət Neft Fondunun da təmsil olunduğu Maliyyə Sabitliyi Şurası imkan vermir".



Digər xəbərlər
SON XƏBƏRLƏR
12:17 13.10.2025

Qarsa qar yağıb - FOTO

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA