“Moody's” analitikləri: "Bu il neft qiymətləri 40-60 dollar arasında dəyişəcək"

img

04-01-2018 [10:40]


Dünya birjalarında neft bahalaşıb.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,51 dollar və ya 0,83% artaraq 62,14 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,32 dollar və ya 0,47% artaraq 68,16 dollar olub.

"Moody's” analitikləri qeyd edir ki, bu il neft hasilatının artması gözlənilir. Mütəxəssislər bildirir ki, OPEC ölkələrinin neft hasilatının azaldılması ilə bağlı anlaşmasının 2018-ci ilin sonuna qədər uzadılmasına baxmayaraq, bu il neftin 1 barelinin qiyməti 40-60 dollar arasında dəyişməsi təxmin edilir. 

APA

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:17 13.10.2025

Qarsa qar yağıb - FOTO

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA