"Banklarla 2000 dollara görə problem yaşayan müştərilərin sayı 100 min nəfərdən artıqdır" - Ekspert

img

28-12-2017 [14:38]


"Statistik məlumatlara əsasən, 2000 dollar məbləğində banklarla fikir ayrılığı olan müştərilərin sayı 100 min nəfərdən artıqdır".

Bunu Bank Ombudsmanının məsul katibi Elçin Həsənov bildirib.

"Bank Ombudsmanı İkram Kərimov hər zaman qeyd edib ki, iddia məbləğinin 2000 dollar müəyyən edilməsində əsas məqsəd az təminatlı ailələrin öhdəliklərinin yerinə yetirilməsi ilə əlaqədar qarşılaşdıqları problemlərin aradan qaldırılması və problemli kreditlərin böyük hissəsinin məhz bu məbləğdən aşağı olmasıdır. Məbləğ artırıldığı təqdirdə bu rəqəmin sayı daha da yüksələcək. Ona görə, ilkin mərhələdə götürülən məbləğ daha realdır. Gələcək görülən işlərin nəticəsindən və eləcə də qazanılan təcrübələrdən asılı olaraq, bu məbləğin daha da artırılması nəzərdə tutula bilər", – deyə o, bildirib

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:17 13.10.2025

Qarsa qar yağıb - FOTO

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA