Azərbaycanlı model Minskdə keçiriləcək uzaqlar arassında ?Avroviziya-2010? müsabiqəsinin aparıcısı olacaq

img

07-09-2010 [11:55]


?Avroviziya- 2010? beynəlxalq uşaq yarışmasının noyabrın 20-də keçiriləcək final mərhələsinin aparıcılarından biri tanınmış teleaparıcı, ?Miss Minsk-2009? müsabiqəsində ?Miss pressa-2009? adına layiq görülmüş Belarus Dövlət Universitetinin jurnalistika fakültəsinin tələbəsi, soydaşımız Leyla İsmayılova olacaq. BELTA agentliyinin yaydığı xəbərə görə, bu barədə sentyabrın 6-da Minskdə keçirilən mətbuat konfransında məlumat verilib. Leyla aparıcılar müsabiqəsinə qoşulmaq üçün Yunanıstandan Minskə qayıdıb. O deyib: ?Mən həmişə dəyişikliyi sevmişəm. Buna görə də uşaq aləminə baş vurmaq mənim üçün xüsusilə maraqlıdır. Əlimdən gələni etməyə hazıram?. Aparıcıların müsabiqəsində 100-dən çox adam iştirak edib. Populyar müsabiqənin aparıcısı olmaq istəyənlər ingilis və fransız dillərini mükəmməl bilməli, səhnə mədəniyyəti və kadrda işləmək bacarığı nümayiş etdirməli idi.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA