Banklar Qarabağa pul köçürmələri edən şirkətlə əməkdaşlığı dayandırır - Rəsmi

img

25-12-2017 [16:46]


Maliyyə Bazarlarına Nəzarət Palatası (Palata) maliyyə bazarlarının tənzimlənməsi və nəzarəti çərçivəsində ölkə ərazisində fəaliyyət göstərən pul köçürmə sistemləri və onların təqdim etdikləri xidmətləri təhlil edərək onların etibarlılığına və təhlükəsizliyinə nəzarəti davam etdirir.

Palatadan Mia.az-a verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində Azərbaycan Respublikasının işğal altında olan ərazilərində qeyri-qanuni formada fəaliyyət göstərən pul köçürmə sistemləri də diqqət mərkəzində saxlanılır.

Palata tərəfindən aparılan araşdırmalar nəticəsində "MoneyPolo” pul köçürmə sisteminin beynəlxalq hüquqi normalarını və ölkəmizin ərazi bütövlüyünü tanımayaraq Azərbaycanın işğal altında olan ərazilərinə qeyri-qanuni formada pul köçürmələrini həyata keçirməsini və bunun çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsində mühüm vasitə ola biləcəyi müəyyən edilib.

Qeyd olunanlar nəzərə alınaraq, ölkədə fəaliyyət göstərən banklara və "Azərpoçt” MMC-yə bu pul köçürmə sistemi ilə işgüzar münasibətlərin dayandırılmağı ilə bağlı tapşırıq verilib.



Digər xəbərlər
SON XƏBƏRLƏR
12:17 13.10.2025

Qarsa qar yağıb - FOTO

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA