Maliyyə Nazirliyinin şöbə müdirinə yeni vəzifə verildi - Təyinat

img

25-12-2017 [11:07]


Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkətinin ("Azərsığorta”) Beynəlxalq əlaqələr və təkrarsığorta Departamentinə yeni direktor təyin edilib.

Qaynarinfo "Report”a istinadən xəbər verir ki, şirkətə istinadən xəbər verir ki, bu, Rövşən Cəlillidir.

O, bundan əvvəl Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyinin xəzinə əməliyyatları şöbəsinin müdir müavini olub və yeni vəzifəsində hazırda "Günay Sığorta” ASC-nin Direktorlar Şurasının üzvü olan Vüqar Babakişiyevi əvəz edib.

Xatırladaq ki, "Azərsığorta" 1991-ci ildə yaradılıb, ölkənin bütün şəhər və rayonlarında təmsil olunan yeganə sığorta şirkətidir. Onun nizamnamə kapitalı 9 mln. manatdır. 

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:17 13.10.2025

Qarsa qar yağıb - FOTO

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA