Sosial mənzillər sahiblərinə nə vaxt təqdim olunacaq? – Açıqlama

img

24-12-2017 [12:50]


Ötən il dekabrın 24-də prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə təməlqoyma mərasimi keçirilən Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin birinci layihəsi olan Yasamal Yaşayış Kompleksinin tikintisi davam etdirilir.

MİDA-nın direktoru Samir Nuriyev bildirib ki, 1843 ailəni mənzillə təmin edə biləcək bu yaşayış kompleksinin 29 çoxmənzilli binasının hər birinin müxtəlif icra mərhələlərində olan tikintisi, həmçinin ərazinin müvafiq mühəndis-kommunikasiya sistemi ilə təchiz edilməsi işləri paralel həyata keçirilir:

"Kompleksin ilk 12 yaşayış binasının və 960 şagird yerlik ümumtəhsil məktəbi binasının tikinti-quraşdırma işləri artıq başa çatdırılıb. Növbəti ilin yay aylarında kompleksin ilk mənzillərinin gələcək sakinlərinə təqdim olunması planlaşdırılır. Ümumilikdə isə kompleks 2019-cu ildə tam təhvil veriləcək".

APA

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:17 13.10.2025

Qarsa qar yağıb - FOTO

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA