Yaşa görə əmək pensiyalarının hesablanması proseduru - Hesablama kalkulyatoru
GÜNDƏM
23.12.2017, 00:14
Azərbaycanda yaşa görə əmək pensiyalarının hesablanması proseduru açıqlanıb.
Bu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının təsdiq etdiyi və bu gündən qüvvəyə minən "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nda əksini tapıb.
Qaydaya əsasən yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği sığortaolunanın fərdi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış (sığortaolunanın fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla) pensiya sığorta kapitalının (PSK) gözlənilən pensiya ödənişi müddəti aylarının sayına nisbəti kimi (SH=PSK/T) müəyyən edilir.
Yaşa görə pensiyanın təyin olunması üçün ilk növbədə müraciət edən şəxslərin pensiya kapitalı hesablanır. Bu məqsədlə onun 2006-cı il yanvarın 1-dək olan dövrə aid ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesabının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Məsələn, qanunun qüvvəyə mindiyi 1 yanvar 2006-cı il tarixədək 27 il 6 ay ümumi iş stajı olan sığortaolunanın fərdi hesabının sığorta hissəsində həmin tarixədək qeydə alınmalı olan pensiya kapitalı aşağıdakı qaydada hesablanır:
(27 il tam iş stajı x 306 manat) + (306 manat : 12 ay x 6 ay) =8415,0 manat.
1 iyul 2017-ci il tarixdən etibarən qanuna edilmiş dəyişikliklərə əsasən, fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq, 2006-2016-cı illər üzrə isə istehlak qiymətləri indeksinin illik səviyyəsi əsasında indeksləşdirilir. Məsələn, yuxarıdakı misaldakı sığortaolunanın 1 yanvar 2006-cı il tarixə fərdi hesabının sığorta hissəsində qeydə alınmış 8415,0 manat pensiya kapitalının 1 yanvar 2017-ci il tarixə indeksləşdirilmiş məbləği 18250,4 manat təşkil edir ki, bu da aşağıdakı qaydada müəyyənləşdirilir.
İllər | İstehlak qiymətləri indeksinin illik səviyyəsi | İndeksləşdirmə nəzərə alınmaqla ilin əvvəlinə pensiya kapitalı |
2006 | 8,3 | 8415,0 |
2007 | 16,7 | 9113,4 |
2008 | 20,8 | 10635,4 |
2009 | 1,5 | 12847,6 |
2010 | 5,7 | 13040,3 |
2011 | 7,9 | 13783,6 |
2012 | 1,1 | 14872,5 |
2013 | 2,4 | 15036,1 |
2014 | 1,4 | 15396,9 |
2015 | 4,0 | 15612,5 |
2016 | 12,4 | 16237,0 |
2017 |
| 18250,4 |
Məsələn, 18 fevral 2018-ci il tarixdə 63 il 6 ay yaş həddi, 33 il 4 ay sığorta stajı (o cümlədən 29 il 5 ayı 01.01.2006-cı il tarixədək, 3 il 11 ayı isə 01.01.2006-cı il tarixdən pensiya hüququnun yarandığı günədək qazanmışdır) sosial sığorta stajı və fərdi hesabının sığorta hissəsində 22971,6 manat (o cümlədən 19522,36 manatı 01.01.2006-cı il tarixədək, 3449,24 manatı isə 01.01.2006-cı il tarixdən pensiya hüququnun yarandığı tarixədək qazanmışdır) pensiya kapitalı olan sığortaolunan kişinin yaşa görə əmək pensiyasının sığorta hissəsi bu Qaydalarda göstərilən SH= PSK/T düsturuna müvafiq olaraq 22971,6/144 = 159,53 manat məbləğində hesablanır.
Tutaq ki, 18 avqust 2017-ci il tarixdə 63 yaşı, 20 il 9 ay (o cümlədən 11 ili 01.01.2006-cı il tarixədək, 9 il 9 ayı isə 01.01.2006-cı il tarixdən sonra pensiya hüququnun yarandığı tarixədək) sosial sığorta stajı olan kişi yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 18 fevral 2018-ci il tarixdə müraciət edir. Onun 01.01.2006-cı il tarixdən pensiya hüququnun yarandığı tarixə fərdi hesabının sığorta hissəsində 12000 manat pensiya kapitalı qeydə alınıb. Bu halda həmin sığortaolunanın 63 il 6 ay yaş həddinin tamam olduğu 18 fevral 2018-ci il tarixdən yaşa görə əmək pensiyası hüququ yaranır. Qaydalara uyğun olaraq qanunun qüvvəyə mindiyi 1 yanvar 2006-cı il tarixədək 11 il ümumi iş stajı olan sığortaolunanın fərdi hesabının sığorta hissəsində qeydə alınan 3366 manat (11 il tam iş stajı x 306 manat=3366 manat) pensiya kapitalı indeksləşdirilərək 2017-ci ilin sonuna 7300,15 manat müəyyənləşdirilir (2017-ci ilin yekunlarına görə orta aylıq nominal aylıq əmək haqqının artım tempi əsasında indeksləşdirmə nəzərə alınmaqla bu məbləğ daha böyük olacaq). Beləliklə, müraciət edən şəxsin fərdi hesabının sığorta hissəsində qeydə alınmış cəmi pensiya kapitalı 19300 manat təşkil edir.
Bu Qaydalara uyğun olaraq yaşa görə əmək pensiyası aşağıdakı qaydada hesablanır:
19300 manat : 144 ay =134,03 manat.
Məsələn, 21 dekabr 2017-ci il tarixdə 60 yaşı tamam olan sığortaolunan kişi 1 dekabr 1992-ci il tarixdən 1 dekabr 2017-ci il tarixədək müxtəlif sahələrdə işləyərək ümumi 25 il sığorta stajı qazanıb. Eyni zamanda bu stajın 15 ilini Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli qərarı ilə təsdiq edilmiş siyahıda göstərilən peşələrdə çalışıb. O, güzəştli şərtlərlə yaşa yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 25 dekabr 2017-ci il tarixdə müraciət edir. Qaydalara uyğun olaraq qanunun qüvvəyə mindiyi 1 yanvar 2006-cı il tarixədək 13 il 1 ay sığorta stajına uyğun pensiya kapitalı 8687,6 manat ((13 il tam iş stajı x 306 manat) + (306 manat : 12 ay x 1 ay) =4003,5 manat, 01.01.2006-cı il tarixədək pensiya kapitalı üstəgəl 2006-2016-cı illərin istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun indeksləşirdirməklə = 8687,6 manat) təşkil edir. Həmçinin 1 yanvar 2006-cı il tarixdən 1 dekabr 2017-ci il tarixədək onan dövr üzrə fərdi hesabının sığorta hissəsində 23000 manat pensiya kapitalı qeydə alınıb. Beləliklə, müraciət edən şəxsin fərdi hesabının sığorta hissəsində qeydə alınmış cəmi pensiya kapitalı 31687,6 manatdan (8687,6+23000=31687,6 manat) ibarət olur. Qaydalara uyğun olaraq qanuna əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlərlə pensiyaya çıxma yaşı ilə pensiya yaşı arasındakı ayların sayı qədər artırıldığından, həmin şəxs üçün pensiya ödənişi müddəti aylarının sayı 186-ya (63 yaş 6 ay (Qanunun 7-ci maddəsi ilə həmin dövrə pensiya yaşı) çıxılsın 60 yaş (bu misal üzrə həmin şəxsin güzəştli şərtlərlə pensiyaya çıxma yaşı) =42 ay +144 ay = 186 ay) bərabərdir.
Bu Qaydalara uyğun olaraq onun yaşa görə əmək pensiyasının sığorta hissəsi aşağıdakı qaydada hesablanır:
31687,6 manat : 186 ay =170,36 manat.
Beləliklə, həmin şəxsə hüququnun yarandığı 21 dekabr 2017-ci il tarixdən 170,36 manat məbləğində yaşa görə əmək pensiyası təyin ediləcək.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
DÇ-2026: İran Belçika ilə bərabərə qaldı
Bugün, 00:58 İDMAN
-
CHP dağılma ərəfəsində: gizli qrup yaradılıb - 106 deputat istefaya hazırlaşır
Bugün, 00:41 SİYASƏT
-
Yunanıstan 12 adada fövqəladə vəziyyət elan etdi - Türkiyə ilə sərhəddə…
Bugün, 00:15 DÜNYA
-
Türkiyədə qadınlar hərbi xidmətə aparılacaq? – Parlamentə yeni qanun göndərilib
Bugün, 00:08 DÜNYA
-
“Qalatasaray” portuqaliyalı ulduzla danışıqlara başlayıb
Bugün, 00:08 İDMAN
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:03 MƏDƏNİYYƏT
-
ABŞ LİDERİ İRANI TƏHDİD ETDİ, DANIŞIQLAR YARIDA KƏSİLDİ
21.06.2026, 20:57 GÜNDƏM
-
Tramp danışıqların qızğın çağında İranı məhvlə hədələdi, prezidenti təhqir etdi: "Lənətə gəlmiş ölkənizə belə qayıda bilməzsiniz"
21.06.2026, 20:32 GÜNDƏM
-
SOCAR-ın zavodundan 12 ton benzin oğurlanıb - Həbs olunanlar var
21.06.2026, 20:30 KRİMİNAL
-
556 nəfər XİN-də işləmək istəyir: müsabiqə... - Açıqlama
21.06.2026, 18:06 SİYASƏT
-
ABŞ və İran rəsmiləri İsveçrədə bir araya gəldi: “Böyük irəliləyiş əldə etdik” - "Əsl sual budur ki..."
21.06.2026, 17:48 GÜNDƏM
-
DİM Bakı, Sumqayıt və Abşeronda imtahanlar keçirdi
21.06.2026, 17:30 GÜNDƏM
-
“Azəriqaz”da yeni struktur yaradıldı - Müdir təyinatı oldu
21.06.2026, 17:23 CƏMİYYƏT
-
Xəzərdə sualtı neft kəmərlərinin birində sızma aşkarlandı - SOCAR məlumat yaydı
21.06.2026, 15:12 CƏMİYYƏT
-
Bu gün şagird və abituriyentlər imtahan verdi
21.06.2026, 13:22 GÜNDƏM
-
Nigerin Məsləhət Şurasının sədri Azərbaycana gəlib
21.06.2026, 12:32 SİYASƏT
-
Sabah hava necə olacaq? - Proqnoz
21.06.2026, 12:30 GÜNDƏM
-
Prezident İordaniyanın Nümayəndələr Palatasının nümayəndə heyətini qəbul edib - FOTOLAR
21.06.2026, 11:47 GÜNDƏM
-
Baıda külək əsir, bölgələrə yağış yağır
21.06.2026, 10:17 GÜNDƏM
-
DÇ-2026: yaponlar darmadağın edib
21.06.2026, 09:58 İDMAN
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
21.06.2026, 00:05 GÜNDƏM
-
Naxçıvanda Qərbi Azərbaycana qayıdış üzrə üçüncü festival-konrqes keçirilib - FOTOLAR
20.06.2026, 23:17 SİYASƏT
-
DÇ-2026: Niderland millisi İsveçi darmadağın edib
20.06.2026, 23:05 İDMAN
-
Rəşad Sadıqov "Turan Tovuz"a cavab verdi: "Əgər avrokubokdan imtina etsəydik, UEFA "Zirə"ni də cəzalandıracaqdı"
20.06.2026, 21:51 İDMAN
-
Qazaxa iri dolu yağdı: işıqlar kəsildi, maşınlara zərər dəydi - VİDEO
20.06.2026, 21:37 CƏMİYYƏT
-
İran "Hörmüz boğazını bağladıq" deyir - ABŞ danışıqlar üçün tarix açıqladı
20.06.2026, 19:07 GÜNDƏM
-
İordaniya parlamentinin sədri Azərbaycana gəlib
20.06.2026, 18:06 GÜNDƏM
-
Nazir Vilayət Eyvazov DİN-in Hərbi İnstitutunda buraxılışa qatıldı - VİDEO, FOTOLAR
20.06.2026, 16:12 CƏMİYYƏT
-
TƏBİB-in daha bir "ağır top"u" yola salındı - Yeni icraçı direktor sələfi ilə işləmək istəmədi
20.06.2026, 14:57 GÜNDƏM
-
Nazir plastik cərrahı direktor təyin etdi
20.06.2026, 13:31 GÜNDƏM
-
Azərbaycandan tranzit keçməklə Ermənistana 490 ton buğda göndərilib
20.06.2026, 13:04 İQTİSADİYYAT
-
“Dr. Gülü” daha bir pasiyenti yarıcan qoyub? - VİDEO
20.06.2026, 12:15 CƏMİYYƏT
-
İnam Kərimov Qazaxıstanda - Vahid Məlumat Platforması yaradacaq
20.06.2026, 11:28 SİYASƏT
-
Özünü prokurorluq əməkdaşı kimi təqdim edən şəxs... - Baş Prokurorluq məlumat yaydı
20.06.2026, 10:51 KRİMİNAL