?insan Naminə? seçki blokunun icra strukturlarının formalazdırılmasına bazlanılıb

img

06-09-2010 [04:55]


Vətəndaş və İnkişaf Partiyası (VİP) ilə Azərbaycan Liberal Partiyası (VİP) arasında ?İnsan Naminə? seçki blokunun yaradılması haqqında sazişin imzalanmasından sonra blokun icra strukturlarının formalaşdırılmasına başlanılıb. MIA-nın xəbərinə görə, VİP və ALP rəhbərliyinin apardığı birgə müzakirələrdə blokun seçki fəaliyyətinin idarə olunması məqsədilə Birləşmiş Seçki Qərargahının (BSQ) qurulması qərara alınıb. Birgə qərar əsasında Elman Məmmədzadə BSQ-nın sədri, Ramil Hüseynov isə onun müavini təyin olunub. Müzakirələrdə BSQ-nın müxəlif istiqamətlər üzrə fəaliyyətinə məsuliyyət daşıyan departamentlər müəyyənləşdirilib və onların qısa müddət ərzində işə başlamasının vacibliyi önə çəkilib. Qərara əsasən, BSQ-də təşkilati məsələlər, seçki komissiyaları, partiyaların rayon təşkilatları, namizədlər korpusu, səlahiyyətli nümayəndələr, beynəlxalq korpusla iş, ictimaiyyətlə əlaqələr, təşviqat, təchizat və təsərrüfat işləri üzrə departamentlər yaradılıb. Yaxın günlərdə departamentlərin rəhbərliyi və işçi tərkibi ilə bağlı təyinatlar həyata keçiriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA