ABŞ-ın yeni vergi qanunu neft qiymətlərini azalda bilər

img

22-12-2017 [16:25]


ABŞ-da qəbul olunan və yaxın günlərdə Prezident D.Trampın imzalaması gözlənilən yeni vergi qanunu neft qiymətlərini ucuzlaşdıra bilər.

 "Report" "Deutsche Welle" teleradio şirkətinə istinadən xəbər verir ki, buna səbəb kimi ABŞ-da neft-qaz sektorunda fəallığın daha da artacağı ilə bağlı gözləntilərdir.

Qeyd edək ki, yeni vergi qanununda ABŞ şirkətlərinin mənfəət vergisi 35%-dən 21%-ə endirilib. Vergi yükünün azaldılması ilə ABŞ neft-qaz şirkətlərinin rentabelliyinin yüksələcəyi və hasilatın artıracağı gözlənilir. Maya dəyəri yüksək olan şist neft hasilatçılarının bundan sonra daha rahat şərtlərlə neft hasilatına davam etməsi və yeni şirkətlərin sektorda fəaliyyətə başlaması proqnozlaşdırılır. Həmçinin, son aylarda neft qiymətlərinin yüksəlməsi ABŞ şist neft hasilatının artmasına stimul yaradır. Buna görə də, yaxın və ortamüddətli perspektivdə neft təklifinin artması nəticəsində qiymətlərin azalması gözlənilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:17 13.10.2025

Qarsa qar yağıb - FOTO

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA