Gənclər və idman naziri Azad Rəhimov idmançılarımızdan razı qalıb

img

06-09-2010 [04:46]


Bu gün gənclər və idman naziri Azad Rəhimov bu ilin birinci yarısının yekunlarına həsr edilmiş mətbuat konfransı keçirib. Nazir idmançılarımızın il ərzində beynəlxalq yarışlarda kifayət qədər medal əldə etdiklərini vurğulayıb. Azad Rəhimov həmçinin idmançılarımızın çıxışından ölkə başçısı İlham Əliyevin də razı qaldığını bildirib. Nazir bu ilin geridə qalmış düvrü ərzində idmançılarımızın 250-dən çox yarışa qatıldıqlarını vurğulayıb. ?Ölkədə bir neçə idman mərkəzinin tikintisi tam sürətlə davam edir. Bu il Misir, İordaniya və Küveyt ölkələri ilə əməkdaşlıq etməyi planlaşdırırıq?, - deyə Azad Rəhimov bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA