Mübariz Qurbanlı: "Beynəlxalq Böhran Qrupunun Azərbaycan haqqında açıqladığı hesabat heç bir fakta söykənmir"

img

06-09-2010 [02:48]


?Beynəlxalq Böhran Qrupunun Azərbaycan haqqında açıqladığı hesabatda deyilənlər onların xülyalarının məhsuludur. Bu hesabatdakı fikirlər heç bir fakta söykənmir?. Bu fikirləri YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı deyib. M.Qurbanlı bildirib ki, Azərbaycanda siyasi sabitlik və iqtisadi tərəqqi mövcuddur. Ölkə əhalisinin mütləq əksəriyyəti Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti dəstəkləyir. Onun sözlərinə görə, Beynəlxalq Böhran Qrupu adlanan təşkilatın arxasında dayanan dairələr Azərbaycan haqqında mənfi rəy formalaşdırmaq üçün bu tipli ?təhlillər? ortaya qoyurlar. YAP İcra katibinin müavini qeyd edib ki, Azərbaycanda siyasi hakimiyyət milli maraqlara söykənən xətti ardıcıl olaraq həyata keçirir. Ölkəmiz bölgədə lider dövlətdir və əldə etdiyi uğurlar işğalçı Ermənistanı himayə edən dairələri narahat edir. ?Sual olunur: Qeyd olunan hesabatı Beynəlxalq böhran qrupu adlanan qrum hazırlayarkən Azərbaycanda nə vaxt təhlil və tədqiqat aparıbdır. Həmin hesabatdakı bir sıra məlumatlar bəzi ?bulvar qəzetlərin?də gedən şaiyə və dedi-qoduların başqa formada təzahürüdür. Əslində, qeyri-ciddi və obyektivlikdən uzaq olan bu tipli ?hesabat?lar əhəmiyyətsiz və mənasız cəhdlərin nəticəsidir.? - deyə M.Qurbanlı vurğulayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA